Gündə 400 qram - Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

Gündə 400 qram - Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandıMütəxəssislərin fikrincə, meyvə istehlakında çeşidlilik və ölçüyə riayət etmək vacibdir. Fruktoza və lifin həddindən artıq qəbulu köp və ishal kimi həzm problemlərinə səbəb ola bilər.

Parlıq rəngi, şirin dadı və təravətləndirici sulu quruluşu ilə meyvələr təbiətin şəkəri kimi tanınır. Üstəlik, onlar yalnız dadlı deyil, həm də sağlamlıq üçün faydalıdır.
Vitamin və mineral baxımından zəngin olan meyvə və tərəvəzlərin balanslı qidalanmanın tərkib hissəsi kimi gündə ən azı 400 qram (təxminən beş porsiya) istehlak edilməsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunur.

Araşdırmalar göstərir ki, bu miqdarın müntəzəm qəbulu ürək xəstəlikləri və bəzi xərçəng növləri kimi ciddi sağlamlıq problemlərinə tutulma riskini azaldır.
Meyvələri təzə şəkildə istehlak etmək ən sağlam üsul hesab olunur. Bununla yanaşı, dondurulmuş, qurudulmuş və ya meyvə suyu formasında qəbulun da faydalı ola biləcəyi bildirilir. Bu mövqe Böyük Britaniyanın Milli Səhiyyə Xidməti tərəfindən də dəstəklənir.

Lakin bütün meyvələr eyni qida dəyərinə malik deyil. Bəzi meyvələr daha yüksək lif və ya vitamin tərkibinə görə müəyyən qidalanma məqsədləri baxımından daha üstün sayılır.

Qaynarinfo insan orqanizmi üçün ən sağlam meyvə seçimlərini təqdim edir:

Banan

Kalium, maqnezium, lif və B6 vitamini ilə zəngin olan banan qan təzyiqinin tənzimlənməsinə, əzələ və sinir fəaliyyətinin dəstəklənməsinə kömək edir. 2019-cu ildə aparılan araşdırma göstərib ki, yüksək kalium qəbulu böyrək xəstəliklərinin irəliləməsini ləngidə bilər. Bundan əlavə, banan qabığındakı antioksidantların dəri qıcıqlanmasını azalda biləcəyinə dair müşahidələr mövcuddur.

Alma və armud

Almalar fitokimyəvi maddələrlə zəngin olduqları üçün xərçəng və şəkərli diabet kimi xroniki xəstəliklərin riskini azalda bilər. Mütəxəssislər lif və antioksidantların böyük hissəsinin qabıqda yerləşdiyini nəzərə alaraq almanın qabığı ilə birlikdə istehlak edilməsini tövsiyə edirlər. Armud isə lif, mis və kalium baxımından zəngindir. Bu xüsusiyyətlər həzmi dəstəkləyir və xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edir.

Meşə meyvələri

Göyəm, böyürtkən və moruq kimi meşə meyvələri güclü antioksidant mənbəyi hesab olunur. Araşdırmalar göstərir ki, bu meyvələr sərbəst radikalların hüceyrələrə vurduğu zərəri azaltmağa kömək edir.

Kivi

Parlaq yaşıl rəngi və turşməzə dadı ilə seçilən kivi bağırsaq hərəkətlərinin tənzimlənməsinə kömək edir. Ötən il London Kral Kollecinin tədqiqatçıları qəbizliyin azaldılması üçün gün ərzində iki-üç kivi istehlakını tövsiyə edib. Bu təsir Avropa Komissiyasının müvafiq qurumu tərəfindən də sağlamlıq bəyanı kimi qəbul edilib. Kivinin həm həll olunan, həm də həll olunmayan lif tərkibi bağırsaq fəaliyyətini artırır.

Sitrus meyvələri

Limon, portağal və qreypfrut kimi sitrus meyvələri yüksək C vitamini tərkibi ilə immun sistemini dəstəkləyir. Bu meyvələr dəri və sümük sağlamlığının qorunmasına kömək edir. Tərkibində olan flavonoidlər antioksidant və iltihabəleyhinə təsir göstərir. 2021-ci ildə aparılan araşdırma portağal şirəsinin böyrək daşı riskini azalda biləcəyini, lakin qreypfrut şirəsinin əks təsir göstərə biləcəyini ortaya qoyub.

Avokado

Kremvari quruluşu və zəngin qida tərkibi ilə avokado ürək sağlamlığı üçün faydalı meyvələr arasında yer alır. Kalium və təkli doymamış yağlarla zəngin olan avokado çəkiyə nəzarətə, beyin fəaliyyətinə və bağırsaq sağlamlığına müsbət təsir göstərir. Lakin yüksək yağ tərkibi səbəbindən gündəlik istehlakın yarım və ya bir ədəd ilə məhdudlaşdırılması tövsiyə olunur.

Albalı və nar

Nar yüksək polifenol tərkibinə görə "super qida" kimi qiymətləndirilir. Araşdırmalar narın antioksidant səviyyəsinin yaşıl çay və qırmızı şərabdan üç dəfə çox ola biləcəyini göstərir. Bu maddələr xroniki iltihabı azaldaraq ürək xəstəlikləri və xərçəng riskinin azalmasına kömək edə bilər.

Albalı isə nar qədər güclü antioksidant mənbəyi olmasa da, intensiv fiziki fəaliyyətdən sonra bərpanı sürətləndirə bilər. 2022-ci ildə aparılan araşdırma turş albalı ekstraktı qəbul edən kişilərdə əzələ və ürək zədələnməsi göstəricilərinin azaldığını göstərib.

Qeyd edək ki, mütəxəssislər sağlam qidalanma üçün meyvələrin gündəlik rasiona daxil edilməsini vacib hesab edir. Bununla yanaşı, müxtəlif meyvələrin seçilməsi və ölçüyə riayət olunması həzm və ümumi sağlamlıq baxımından mühüm sayılır.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 796   Tarix: 25 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri

7 oktyabr
.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12 oktyabr
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

5 oktyabr
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25 oktyabr
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17 oktyabr
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24 oktyabr
.

Bədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama

"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bi

4 oktyabr