İftar yeməyini iki yerə bölün - Sağlamlıq üçün faydalıdır

İftar yeməyini iki yerə bölün - Sağlamlıq üçün faydalıdırRamazan ayında oruc tutanların ən yayğın vərdişlərindən biri uzun müddət aclıqdan sonra mədəni birdən-birə doldurmaqdır. Lakin bu, bəzi sağlıq problemlərinə yol aça bilər. Mütəxəssislər iftar yeməyini iki mərhələyə bölməyi və arada 15 dəqiqə fasilə verməyi tövsiyə edir. Bu üsul həm həzm sistemini yüngülləşdirir, həm də toxluq hissini daha sağlam idarə etməyə kömək edir.

Qaynarinfo xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, orucluq zamanı təxminən 14-16 saat ərzində qida qəbul etməyən bədəndə həzm sistemi "istirahət rejiminə" keçir: mədə boşalır, bağırsaq hərəkətləri yavaşlayır, insulin səviyyəsi minimuma enir. Uzun müddət aclıqdan sonra böyük porsiyalarla yeməklə mədəyə ağır yük düşür və həzm sistemini yükləyir. Bu isə halsızlıq, mədə şişkinliyi və həzm pozuntusu kimi narahatlıqlara səbəb ola bilər.

İftarın ilk mərhələsi: yüngül qida və fasilə

İftara xurma ilə başlamaq tövsiyə olunur, çünki xurma tərkibindəki təbii şəkərlərlə qan şəkərini balanslı artırır, su isə gün ərzində itirilmiş mayeni bərpa etməyə kömək edir. Bununla yanaşı az duzlu bir şorba mədəni əsas yeməyə hazır edir və yüngül doyma hissi verir. Əgər şorba yoxdursa, bir neçə dilim tam buğda çörəyi ilə qatıq və ya kefir qəbul edilə bilər.

İlk mərhələdən sonra 15 dəqiqə fasilə vermək vacibdir. Bu ara bədənin həzmə hazırlanmasını təmin edir və toxluq hissini daha düzgün qiymətləndirməyə imkan yaradır. Fasilə zamanı yüngül gəzinti etmək və ya dincəlmək, həmçinin su içməyə davam etmək faydalıdır.

İftarın ikinci mərhələsi: balanslı əsas yemək

Fasilədən sonra iftarın ikinci mərhələsində protein, lif və sağlam yağlar ilə zəngin balanslı əsas yemək qəbul etmək lazımdır. Sobada və ya kabab kimi bişmiş toyuq, balıq və ya mal əti kimi sağlam protein mənbələri, yanında bol yaşıl salat və kompleks karbohidratlar (bulqur, tam buğda çörəyi, tam buğda makaronu) tövsiyə olunur. Lif baxımından zəngin qidalar mədəni uzun müddət tox saxlayır, gün ərzində aclıq hissini gecikdirir və bağırsağın sağlamlığını dəstəkləyir.
Yağlı və ağır yeməklərdən çəkinmək vacibdir. Qızartmalar, çox ədviyyatlı və işlənmiş qidalar həzmi çətinləşdirir, mədəyə zərər verə və iftar sonrası halsızlıq yarada bilər. Bunun əvəzinə qaynadılmış, kabab edilmiş və ya sobaya verilmiş yeməkdən istifadə edin.

Yeməyi yavaş-yavaş yemək və yaxşı çeynəmək də önəmlidir. Həzm ağızda başlayır və mədəyə düşən yük azalır. Yavaş yemək porsiyon kontrolunu təmin edir.

Şirniyyatlardan istifadə

İftardan dərhal sonra ağır və şirin tatlılar yemək qan şəkərini sürətlə artırır, sonra ani enişə səbəb olub halsızlıq yarada bilər. Tatlıyı iftardan 1-2 saat sonra, süd və ya meyvə əsaslı seçimlərlə qəbul etmək tövsiyə olunur. Xurma kimi təbii şirin alternativləri də seçim edə bilərsiniz.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 575   Tarix: 10 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021