Hava şəraiti infarkt olmaq ehtimalına təsir göstərir

Hava şəraiti infarkt olmaq ehtimalına təsir göstərirHava şəraitindəki dəyişikliklər miokard infarktı riskini artıra bilər.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu nəticəyə meteoroloji amillər və infarkt nisbətləri arasındakı əlaqəni maşın öyrənmə üsulları ilə təhlil edən araşdırmaçılar gəlib.

Alimlər Pekin kardiologiya mərkəzində 10 il ərzində qeydiyyatdan keçən 11.527 infarkt xəstəsinin məlumatlarını təhlil ediblər. Bu məlumatlar gündəlik meteoroloji məlumatlarla müqayisə edilib. Təhlil göstərib ki, infarkt sayının daha çox olduğu günlər daha çox aşağı temperatur, gündəlik temperaturun əhəmiyyətli dərəcədə dəyişməsi və zəif külək, eləcə də aşağı rütubət və az yağıntı ilə əlaqələndirilir.

Araşdırmaçılar Random Forest maşın öyrənmə modelindən istifadə edərək ürək tutması riskinin artması ilə əlaqəli əsas hava parametrlərini müəyyən etdilər. Ən əhəmiyyətli amil gündəlik temperatur dalğalanmaları olub ki, bu da artan insident ehtimalına ən güclü təsir göstərib.

Araşdırma müəlliflərinin fikrincə, bu cür modellər səhiyyə sistemlərinə kardiologiya xidmətlərinə artan tələbat dövrlərini proqnozlaşdırmağa və tibbi resursları daha səmərəli şəkildə bölüşdürməyə kömək edə bilər. Gələcəkdə alimlər hava məlumatlarını xəstələrin yaşları, komorbidlikləri və digər fərdi xüsusiyyətləri haqqında məlumatlarla tamamlamaqla bu proqnozların dəqiqliyini artırmağı planlaşdırırlar.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 400   Tarix: 15 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnsanlar yuxuda buna görə dişlərini qıcayırlar - XƏBƏRDARLIQ

Yuxuda dişləri qıcamaq və ya qələm gəmirmək vərdişi stressə qarşı reaksiya ola bilər. xəbər verir ki, bu barədə -ya ortodont-həkim, qnatoloq Mədinə Xastsayeva məlumat verib. "Bruksizm çənələrin qeyri-ixtiyari sıxılması və dişlərin qıcanmasıdır ki, bu da ən çox yuxuda baş verir. Nəzarət oluna bilə

24 aprel
.

Hansı şəxslərə idman etmək olmaz? - Həkimlər xəbərdarlıq edir

Mütəxəssislər bəzi hallarda fiziki aktivliyin sağlamlıq üçün riskli ola biləcəyini bildirir. Hipertoniya xəstəliyi nəzarətsiz olan şəxslərə ağır idman tövsiyə edilmir. Xüsusilə təzyiq kəskin yüksəldikdə məşq təhlükəli sayılır. xəbər verir ki, aşağıdakı hallarda idman məhdudlaşdırılmalıdır:. -ciddi ürək-dama

13 aprel
.

Yuxu üçün maqnezium nə vaxt qəbul edilməlidir?

Keyfiyyətli gecə yuxusu bəzən çətin əldə edilir və bu səbəbdən bir çox insan onu yaxşılaşdırmaq üçün qida əlavələrinə müraciət edir. Ən populyar əlavələrdən biri maqneziumdur - orqanizmdə yüzlərlə prosesdə, o cümlədən yuxunun tənzimlənməsində iştirak edən vacib mineral. Qaynarinfo xəbər verir ki, b

23 aprel
.

Öd kisəsi ilə bağlı yayılan 4 yanlış fikir - həkimlər xəbərdarlıq edir

Mütəxəssislər öd kisəsi ilə bağlı cəmiyyətdə geniş yayılmış bir sıra yanlış təsəvvürlərin hələ də aktuallığını qoruduğunu bildirirlər. Onların sözlərinə görə, bu miflər bəzi hallarda insanların sağlamlığı üçün risk yarada bilər. xəbər verir ki, ən çox yayılan fikirlərdən biri öd kisəsinin çıxarılmasında

29 aprel
.

Damar tıxanıqlığının əsas səbəbi bu imiş...

Son illərdə damarların tıxanması ən geniş yayılmış sağlamlıq problemlərindən biri kimi ön plana çıxır. Oturaq həyat tərzi, stress və yanlış qidalanma bu riskin artmasında əsas rol oynayır. xəbər verir ki, mütəxəssislərin fikrincə, gündəlik istifadə edilən bəzi qidalar bu prosesi daha da sürətləndirir

12 aprel
.

Maksimum lif verən 1 nömrəli səhər yeməyini açıqlandı

Yulafdan əlavə, liflə zəngin və asan hazırlanan başqa bir səhər yeməyi də var - çia toxumu pudinqi. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" platformasında qeyd edilir. Qeyd olunur ki, bu yemək yalnız bir neçə inqrediyentdən ibarətdir və onun dadını şəxsi zövqə uyğun dəyişmək mümkündür

27 aprel
.

Bu iki gündəlik vərdiş qocalmanı yavaşlada bilər

İki əsas gündəlik vərdiş - düzgün qidalanma və fiziki aktivlik - orqanizmin qocalma sürətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşrində elmi magistr, qeydiyyatdan keçmiş dietoloq Ceyn Leveriç məqaləsində yazıb. Onun sözlərinə görə, əlavələr

24 aprel
.

Yeni koronavirus ştammı immuniteti qismən aşa bilər

"Tsikada" adlanan yeni koronavirus variantı artıq iyirmidən çox ölkədə aşkarlanıb və dəyişərək yeni mutasiyalar toplamaqda davam edir. Bu variant peyvənddən və ya əvvəlki yoluxmadan sonra formalaşmış immun müdafiəni qismən aşa bilir. Bununla belə, əksər hallarda xəstəlik nisbətən yüngül keçir

19 aprel
.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngin qida tərkibi və müxtəlif sağlamlıq faydaları ilə seçilir. qafqazinfo-ya istinadə

26 aprel