Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?
"Diş əti qanaması əksər hallarda diqqətdən kənarda qalsa da, bu hal ciddi sistem xəstəliklərinin erkən əlaməti ola bilər".
Milli.Az xəbər verir ki, bunu türkiyəli ağız, diş və çənə cərrahı Ümit Selçuk deyib.
Onun sözlərinə görə, diş əti xəstəlikləri erkən mərhələdə aşkar olunmadıqda irəliləyərək diş itkisinə səbəb ola bilər:
"Diş fırçalayarkən və ya öz-özünə baş verən qanamalar sağlam ağız üçün normal sayılmır. Bu, çox vaxt diş əti xəstəliklərinin ilk siqnalıdır. Sadə bir qanama kimi görünən bu vəziyyət əslində altda yatan iltihabi prosesin göstəricisidir. Vaxtında müdaxilə edilməzsə, sümük itkisi və diş itkisi qaçılmaz ola bilər".
Qeyd edib ki, ağız sağlamlığı ümumi sağlamlıqla birbaşa əlaqəlidir. Xüsusilə şəkərli diabet xəstələrində diş əti problemlərinin daha sürətlə inkişaf etdiyini bildirib.
Bildirib ki, periodontal xəstəliklər diabet, ürək-damar və bəzi tənəffüs yolu xəstəlikləri ilə əlaqəlidir.
"Ağız boşluğundakı xroniki infeksiyalar orqanizmdə iltihabı artıraraq ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Ağız sağlamlığı ümumi sağlamlığın güzgüsüdür və buna görə də laqeyd yanaşılmamalıdır", - deyə əlavə edib.
Gündə ən azı iki dəfə düzgün texnika ilə dişlərin fırçalanmasını, diş ipindən istifadəni və ağız baxımı qaydalarına riayət olunmasını tövsiyə edib.
O, həmçinin vurğulayıb ki, ağız və diş sağlamlığının qorunmasında mütəmadi stomatoloji müayinələr mühüm rol oynayır:
"İldə ən azı iki dəfə diş həkimi müayinəsi xəstəliklərin erkən mərhələdə aşkarlanmasına imkan verir. Bu da həm müalicəni asanlaşdırır, həm də daha ciddi problemlərin qarşısını alır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Niyə xərçəngi məğlub etmək mümkün deyil? - Alimin CAVABI
Nobel mükafatı laureatı orqanizmdəki hansı təbii proseslərin xərçəngin inkişafına səbəb ola biləcəyini izah edib. İnsan hüceyrələrində daim baş verən təbii proseslər səbəbindən xərçəngi tamamilə məğlub etmək mümkün olmaya bilər. -ın xarici mediaya istinadən xəbərinə görə, bu fikri araşdırmalarını DN
5 iyulBeyin şişlərinə qarşı yeni peyvənd xəstələrə ümid verir
Almaniyada aparılan tədqiqatda beyin şişlərinə qarşı vaksinasiya olunan xəstələrin 66 faizi səkkiz il sonra sağ qalıb. Peyvəndin məqsədi şişin təkrar yaranmasının qarşısını almaqdır. Beyin şişlərinin müalicəsi çətindir, çünki onların əməliyyatla tam götürülməsi çox nadir hallarda mümkün olur. Xəstələr
8 iyulŞəkəri tam kəsmək risklidir - Yeni araşdırmadan diqqətçəkən nəticələr
Son illər sağlam qidalanma ilə bağlı ən çox səslənən tövsiyələrdən biri şəkərdən tamamilə imtina etmək olub. Lakin yeni elmi araşdırma göstərir ki, həddindən artıq məhdudlaşdırıcı qidalanma rejimi gözlənilməz mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, qidalanma üzrə mütəxəssis Dilara Koçak b
12 iyulÇəki atmaq üçün istifadə edilən dərmanların gözlənilməz təsiri açıqlandı
Çəkini tənzimləmək və şəkərli diabeti müalicə etmək üçün məşhur dərmanlardan istifadə edən pasiyentlər alkoqolun onlara artıq zövq vermədiyini və spirtli içkilərə meyllərinin azaldığını getdikcə daha çox bildirirlər. xəbər verir ki, bu barədə -ya rusiyalı endokrinoloq İrina Lenkina məlumat verib. Mütəxəssi
19 iyulÜrək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Diyetoloqlar bildirirlər ki, məşhur qəlyanaltılar - kartof çipsi, peçenye və qurudulmuş ət məhsulları adətən yüksək miqdarda natrium və doymuş yağ ehtiva etdiyindən ürək sağlamlığı üçün əlverişli seçim sayılmır. Qaynarinfo xəbər verir ki, "Martha Stewart" portalının yazdığına görə, ürək üçü
29 iyulÖmrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
Sağlam və uzun ömür sürən insanların qidalanmardişlərini araşdıran maddələr və məhsullar ki, onlar bəzi məhsullar ya məhsul qəbul etmir, ya da çox nadir hallarda istifadə edirlər. Mütəxəssislərin fikrincə, bu qidalar asılı olaraq xroniki xəstəlik yaranma riskini artıraraq ömür uzunluğuna təsir göstərir
4 iyulDüzgün qidalanırsınız, amma niyə arıqlamırsınız? - 7 mümkün səbəb
Sağlam qidalar qəbul etməyinizə baxmayaraq çəki atmaqda çətinlik çəkə bilərsiniz. Bunun səbəbi qidalanmanın ümumi prosesin yalnız bir hissəsi olmasıdır. Qaynarinfo xəbər verir ki, "Health" nəşrinin yazdığına görə, qidalanma vərdişləri və həyat tərzi arıqlama məqsədlərinə çatmağa mane ola bilər
31 iyulYayda buzlu su içmək təhlükəlidirmi?
Yay aylarında temperatur yüksəldikcə insanlar sərinləmək üçün daha çox buzlu və çox soyuq suya üstünlük verirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, həddindən artıq soyuq suyun qəbulu bəzi hallarda sağlamlığa mənfi təsir göstərə bilər. Ölkə.az xəbər verir ki, həkimlərin sözlərinə görə, çox soyu
14 iyulSu içməyi necə vərdişə çevirmək olar? - 5 tövsiyə
Su orqanizmin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Bununla belə, bir çox insan gün ərzində tövsiyə olunan miqdarda su qəbul etmir. Qaynarinfo "BHG" nəşrinə istinadən xəbər verir ki, diyetoloqlar su içməyi gündəlik vərdişə çevirməyə kömək edəcək sadə məsləhətlər bölüşüblər. Diyetolo
13 iyul