Gecə saat 3-də oyanmağın gözlənilməz səbəbi
Klinik psixoloq Maykl C. Breus bildirib ki, bir çox insanın gecə saat 2-3 radələrində oyanmasının səbəbi xarici amillər deyil, bədənin biologiyası ilə bağlıdır.
Ölkə.az xəbər verir ki, o, bu barədə "Daily Mirror" nəşrinə müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, axşam saatlarında insanın bədən temperaturu tədricən aşağı düşür və bu, melatoninin ifrazını artıraraq yuxuya getməyə kömək edir. Lakin gecə saatlarında bədən yenidən isinməyə başlayır və bu proses insanın oyanmasına səbəb ola bilər.
Ekspert vurğulayıb ki, bu cür oyanmalar normal sayılır: "Müəyyən bir anda bədən yenidən isinməlidir, əks halda hipotermiya riski yarana bilər və məhz bu zaman insanlar oyanır", - deyə Breus izah edib. Onun sözlərinə görə, insanların əksəriyyəti yenidən tez yuxuya gedir və bu prosesi ümumiyyətlə hiss etmir.
Əgər oyanandan sonra yenidən yuxuya getmək mümkün olmursa, bu, yuxusuzluq (insomnia) əlaməti ola bilər. Bu halda mütəxəssis yuxu rejimini, stress səviyyəsini və yataq otağının şəraitini tənzimləməyi tövsiyə edir. Bunlar kömək etməzsə, psixoloq koqnitiv-davranış terapiyasına müraciət etməyi məsləhət görür.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sarıkökdən çox istifadə edin
Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların
12 sentyabrQaçış və ya idman zalı deyil: Ürək və damar sağlamlığı üçün ən yaxşı praktika
Yaş artdıqca orqanizmə daha ehtiyatlı yanaşan fiziki fəaliyyət növünün seçilməsi daha aktual olur. Yaşlı insanlar üçün gəzinti və velotrenajor ənənəvi olaraq təhlükəsiz seçim hesab edilsə də, ürək-damar sistemi üçün daha çox fayda verə biləcək alternativ də var. Söhbət yoqadan gedir. Qaynarinfo xəbə
1 sentyabrAlimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Daim eşidirik ki, hər gün səkkiz saat yatmaq lazımdır. Lakin yeni və genişmiqyaslı araşdırma bu rəqəmin bir qədər şişirdildiyini, səkkiz saatdan çox yatmağın isə əks təsir göstərə biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə "MoneyTalksNews" yazır. "Nature" jurnalınd
14 sentyabrÜzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib
8 sentyabrGecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama
12 sentyabrHovuz suyunda TƏHLÜKƏ: Uşaqlara necə təsir edir?
Hovuz suyunun dezinfeksiyasında xlor mühüm rol oynasa da, onun səviyyəsinin düzgün tənzimlənməsi vacibdir. Xlorun digər maddələrlə reaksiyası nəticəsində yaranan xloraminlər göz, dəri və tənəffüs yollarında qıcıqlanmaya səbəb ola bilər, xüsusilə qapalı hovuzlarda havalandırma da önəm daşıyır. Bəs, hovu
7 sentyabr