Unutqanlıq beyinin verdiyi önəmli siqnaldırmı?

Unutqanlıq beyinin verdiyi önəmli siqnaldırmı?Unutqanlıq adi bir hadisə kimi qəbul edilsə də, bəzi hallarda ciddi xəstəliklərin ilkin siqnalı ola bilər. Mütəxəssislər xüsusilə təkrarlanan və həyat keyfiyyətinə təsir edən unutqanlığın diqqətdən kənarda qalmamalı olduğunu bildirir.

Sonxeber.az xəbər verir ki, nevroloq Hasan Armağan Uysal bildirib ki, normal və xəstəliklə bağlı unutqanlıq arasındakı əsas fərq informasiyanın itirilib-itirilməməsidir. Onun sözlərinə görə, gündəlik həyatda açarın yerini unutmaq, adları xatırlamaqda çətinlik çəkmək və ya bir anlıq nə üçün hansısa yerə getdiyini unutmaq normal hesab olunur. Bu hallarda məlumat itmir, sadəcə gec xatırlanır.

Lakin xəstəliklə bağlı unutqanlıq zamanı informasiya tamamilə itə bilər. Bu halda insan eyni sualları təkrar-təkrar verir, hadisələri yenidən danışır və bunun fərqində olmur. Həkimin sözlərinə görə, belə vəziyyət artıq sadə unutqanlıq deyil, ciddi siqnaldır.

Mütəxəssis qeyd edib ki, gündəlik həyatı çətinləşdirən unutqanlıq halları xüsusi diqqət tələb edir. Tanış yerdə yolu itirmək, maliyyə işlərində qarışıqlıq, yemək hazırlayarkən mərhələləri unutmaq və ya söz tapmaqda çətinlik çəkmək kimi hallar "yaşa bağlı normal vəziyyət" kimi qiymətləndirilməməlidir.

Unutqanlığın ən çox rast gəlinən səbəblərindən biri olan alzheimer xəstəliyi adətən gizli şəkildə başlayır. Erkən mərhələdə yeni məlumatları öyrənmək çətinləşir, eyni suallar təkrarlanır və əşyalar qeyri-adi yerlərə qoyulur. Xəstəlik irəlilədikcə isə istiqamət tapmaq, qərar vermək və gündəlik həyatı təşkil etmək daha da çətinləşir.

Bununla yanaşı, hər unutqanlıq ciddi nevroloji problem demək deyil. Xüsusilə gənclərdə unutqanlığın səbəbi çox vaxt yuxusuzluq, stress, depressiya və həddindən artıq informasiya yüklənməsi ilə bağlı olur. Həkim vurğulayıb ki, yaddaşın düzgün işləməsi üçün diqqət vacibdir və bəzən problem yaddaşda deyil, diqqətin zəifləməsində olur.

Mütəxəssis həmçinin bildirib ki, unutqanlıq getdikcə artırsa, gündəlik həyata təsir edirsə və ya davranış dəyişiklikləri ilə müşayiət olunursa, vaxt itirmədən müayinə olunmaq vacibdir. Erkən diaqnoz xəstəliyin gedişini idarə etməyə, müstəqilliyi daha uzun müddət qorumağa və düzgün müalicəyə vaxtında başlamağa imkan yaradır.

Sonda həkim beyin sağlamlığını qorumaq üçün sağlam həyat tərzinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu, sosial ünsiyyət, yeni biliklər öyrənmək və ümumi sağlamlıq göstəricilərinə nəzarət yaddaşın qorunmasında mühüm rol oynayır.(qaynarinfo)


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 686   Tarix: 09 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO

Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik

9 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021