Suçiçəyi haqqında nəyi biləməliyik?
"Suçiçəyi və suçiçəyi əlamətləri adətən uşaqlarda rast gəlinən və Varicella Zoster Virus (VZV) (Herpes III) tərəfindən törədilən yoluxucu xəstəlikdir. Bu xəstəlik xüsusilə immun sistemi zəif olan uşaqlar üçün daha ağır fəsadlara səbəb ola bilər. Suçiçəyi bir şəxsdən digərinə öskürək və ya asqırma yolu ilə ötürülür. Xəstəliyə daha çox qış və yaz aylarında rast gəlinir".
Bu sözləri Sonxeber.az-a Tibb üzrə fəlsəfə doktoru, həkim Ramin Qasımov danışıb.
O, açıqlamasında qeyd edib ki, suçiçəyi adətən yüngül və özünü məhdudlaşdıran xəstəlikdir, lakin bəzi hallarda ciddi fəsadlara səbəb ola bilir:
"Suçiçəyi əlamətləri olan bir şəxs virusa yoluxduqdan sonra təxminən 10-21 gün ərzində simptomlar göstərməyə bilər. Bu dövrdə virus yoluxucudur. Uşaqlarda suçiçəyi əlamətlərinə aşağıdakılar aid edilə bilər. Suçiçəyi necə olur sualı tez-tez valideynlər və xəstəliyin əlamətləri ilə qarşılaşan şəxslər tərəfindən verilən bir sualdır. Belə ki, suçiçəyinin əlamətləri daha tez üzə çıxarsa, onun müalicəsi daha effektiv və tez zamanda ola bilər. Suçiçəyi adətən dəridə qabarcıqlar, qaşınma və xoşagəlməz səpkilər şəklində özünü büruzə verir, bu da uşağın narahatlıq hiss etməsinə səbəb olur.
Daha dəqiq, yəni mütəxəssislər tərəfindən, peşəkar həkimlərin "suçiçəyi necə olur" sualına verdikləri cavabda bu xəstəliyin Varicella Zoster Virus (VZV) tərəfindən törədildiyi və tənəffüs damcıları vasitəsilə insandan-insana keçdiyi vurğulanır. Bu səbəbdən xəstəliklə qarşılaşan şəxslərin sağlam mühitdə saxlanılması, gigiyenik qaydalara riayət etməsi və tibbi müşahidə altında olmaları mühüm əhəmiyyət kəsb edir.
Uşaqlardakından fərqli olaraq böyük insanlarda suçiçəyi daha ağır gedişata malik ola bilir. Yetkinlərdə xəstəliyin simptomları - dəridə qabarcıqlar, qaşıntı, temperaturun yüksəlməsi, halsızlıq və ümumi zəiflik kimi özünü göstərsə də, fəsadların yaranma riski uşaqlardakına nisbətən daha yüksək olur. Məsələn, böyüklərdə suçiçəyi pnevmoniya, beyin iltihabı (ensefalit) və hətta nadir hallarda ölümcül nəticələrə yol aça bilər. Bu səbəbdən yaşlı şəxslər xəstəliyə yoluxduqda daha diqqətli olmalı, vaxtında həkimə müraciət etməli və lazımi müalicə vasitələri ilə yanaşı, yüksək dərəcədə gigiyena və istirahətə xüsusi önəm verməlidirlər. Qeyd edək ki, bu hallar suçiçəyi peyvəndi olunmamış böyüklər üçün daha risklidir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Beyin üçün zərərli qidalar açıqlandı
Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl
17 sentyabr 2021Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO
Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik
9 sentyabr 2021Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu
Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb
11 sentyabr 2021Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?
Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml
8 sentyabr 2021Payız soyuqdəyməsindən bunlarla qorunun
Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana
17 sentyabr 2021Yuxusuzluq bu ağır pozulmaların riskini artırır
European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir
15 sentyabr 2021Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18 sentyabr 2021Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
15 sentyabr 2021Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA
Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar
10 sentyabr 2021