Bir dəqiqəlik qəzəbin bədənə verdiyi zərər: İmmun sistemi 5 saat zəifləyir
Gündəlik həyatda yaşanan ani qəzəb partlayışlarının düşündüyümüzdən daha ciddi nəticələrə səbəb ola biləcəyi ortaya çıxıb.
Qaynarinfo xəbər verir ki, yeni araşdırmaya görə, cəmi 60 saniyəlik güclü qəzəb belə immun sistemini 5 saata qədər zəiflədə bilər.
Alimlərin apardığı tədqiqatlar göstərir ki, qısa müddətli öfke epizodları orqanizmin müdafiə mexanizminə birbaşa təsir edir. Bu proses zamanı bədənin əsas müdafiə xətti sayılan İmmunoglobulin A (IgA) anticisimlərinin səviyyəsində sürətli azalma müşahidə olunub.
Mütəxəssislərin sözlərinə görə, qəzəb anında orqanizm kortizol və adrenalin kimi stress hormonlarını ifraz edir. Bu hormonlar "döyüş və ya qaç" reaksiyasını aktivləşdirərək immun sisteminin fəaliyyətini müvəqqəti olaraq arxa plana keçirir.
Araşdırma nəticələri göstərir ki, bu təsir təkcə qəzəb anı ilə məhdudlaşmır. Orqanizm stress vəziyyətindən çıxsa belə, immun sisteminin tam bərpası saatlar çəkə bilir və bu müddətdə bədən infeksiyalara qarşı daha həssas olur.
Mütəxəssislər xüsusilə infeksiyaların artdığı dövrlərdə emosional nəzarətin vacibliyini vurğulayır. Bildirilir ki, tez-tez qəzəb yaşayan insanlarda uzunmüddətli dövrdə bəzi xəstəliklərə yoluxma riski arta bilər.
Həkimlər ani qəzəb hallarında dərindən nəfəs almağı, qısa fasilə verməyi və dərhal reaksiya göstərməməyi tövsiyə edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bəyin atası da idarə rəisi işləyib - Foto
33 dərəcə isti, yağış, külək... - Sabahın havası
Bu fənnlər ONLAYN tədris olunacaq - AÇIQLAMA
84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Köməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ
1 kiloqramı 40 manata satışa çıxdı - Görənlər inanmır...
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
"Yeraltı"nın yayım tarixi bəlli oldu
Miras qoyan şəxsin borcları varsa, vərəsələr həmin borclara görə məsuliyyət daşıyırlarmı? - AÇIQLAMA
Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Mətbəx çanağına sirkə püskürtsəniz nə baş verər? - SADƏ ÜSUL
Sabah bu ərazilərdə qaz olmayacaq