Qarpızın min dərdə dərman faydaları
Yayın ən sevilən meyvələrindən olan qarpız təkcə sərinləşdirici təsiri ilə deyil, sağlamlıq üçün faydaları ilə də diqqət çəkir.
Axşam.az xəbər verir ki, tərkibinin təxminən 90 faizindən çoxu sudan ibarət olan qarpız orqanizmin maye balansını qorumağa kömək edir.
Mütəxəssislərin sözlərinə görə, qarpızın müntəzəm və normada qəbulu bir sıra sağlamlıq üstünlükləri yaradır:
Orqanizmi susuzlaşmadan qoruyur. Yüksək su tərkibi xüsusilə isti havalarda bədənin maye ehtiyacını qismən ödəyir.
Ürək sağlamlığını dəstəkləyir. Tərkibindəki likopen və sitrulin qan damarlarının fəaliyyətinə müsbət təsir göstərərək ürək-damar sağlamlığını qorumağa kömək edə bilər.
Güclü antioksidant mənbəyidir. Qarpız A və C vitaminləri, eləcə də likopenlə zəngindir. Bu maddələr hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur.
Həzmi yaxşılaşdırır. Tərkibindəki su və lif bağırsaqların normal fəaliyyətini dəstəkləyir, qəbizliyin qarşısını almağa kömək edir.
Əzələ ağrılarını azalda bilər. Qarpızda olan sitrulinin intensiv fiziki fəaliyyətdən sonra əzələlərin bərpasına müsbət təsir göstərə biləcəyi bildirilir.
Dərinin sağlamlığını qoruyur. C vitamini kollagen sintezini dəstəkləyir, A vitamini isə dəri hüceyrələrinin yenilənməsinə kömək edir.
Aşağı kalorilidir. 100 qram qarpızda təxminən 30 kalori var. Bu səbəbdən normada qəbul edildikdə çəkiyə nəzarət edənlər üçün uyğun seçim hesab olunur.
həkimlər qeyd edirlər ki, qarpız faydalı olsa da, şəkərli diabet və ya böyrək xəstəlikləri olan şəxslər onu həkim məsləhəti ilə və ölçülü şəkildə qəbul etməlidirlər. Həddindən artıq qarpız yemək bəzi insanlarda həzm pozğunluğu və qan şəkərinin yüksəlməsinə səbəb ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...
a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy
16 sentyabr 2021Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA
Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy
14 sentyabr 2021On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar
Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma
10 sentyabr 2021Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA
Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar
10 sentyabr 2021Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz
Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik
17 sentyabr 2021Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?
Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli
17 sentyabr 2021"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?
Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman
9 sentyabr 2021Zəncəfil və sarıkökün bilinməyən zərərləri
Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib
14 sentyabr 2021Yatmazdan 1 saat əvvəl süd için
Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur
15 sentyabr 2021