"Müasir Laçının müasir siması dünyanı heyrətləndirir" - AÇIQLAMA

"Müasir Laçının müasir siması dünyanı heyrətləndirir" - AÇIQLAMA"1923-cü ildə şəhər statusu alan Laçın bu gün ən inkişaf etmiş dövrünü yaşayır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 26 avqust - Laçın Şəhəri günü kimi müəyyən olunub" , - bunları Sonxeber.az -a danışan iqtisadçı ekspert Tufan Məmmədov deyib:

"30 ilə yaxın davam edən işğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
44 günlük Vətən müharibəsindən sonra isə düşmən buradan silah-sursatın daşınması üçün dəhliz kimi istifadə etdi və Azərbaycana qarşı "humanitar böhtan" kampaniyasına başlandı. Hətta Xankəndiyə təşkil edilən qanunsuz səfərlər də Laçın vasitəsilə edilirdi. Ermənilər ciddi-cəhdlə "dəhliz" adı ilə Laçının tam azad olunmasına mane olmağa çalışırdı. Amma Azərbaycan Prezidentinin qətiyyəti, iradəsi və prinsipiallığı Laçının azad olunmasını təmin etdi.
2023-cü ilin aprelində Laçın rayonunda, Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsinin qoyulması Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və bütövlükdə Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsinə yönəlik çox uğurlu addım idi. Beləliklə, Azərbaycan öz sərhədlərinə nəzarət etməyə başladı. Laçına köç isə 2023-cü il mayın 28-də - Müstəqillik Günündə başladı. Həmin gün Cənab Prezident birinci qrup Laçın sakinlərinə yeni mənzillərin açarlarını təqdim etdi. Dövlət başçımız da bəyan etmişdi ki, "bu görüşü məhz 28 may tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün Müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir."
Ötən il Müstəqillik Gününün sevincini isə Azərbaycan qardaş ölkələr - Türkiyə və Pakistan liderləri ilə bölüşdü. Laçında Azərbaycan-Türkiyə-Pakistan liderlərinin zirvə görüşündə çox vacib mesajlar verildi. Beləliklə, Laçın bu strateji görüşə ev sahibliyi etməklə həm də siyasi mərkəz kimi tarixə düşdü.
Genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır, burada əhalinin rifahı üçün hər cür şərait yaradılıb. Belə ki, yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir.
2025-ci ildə istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı bölgənin beynəlxalq statusunu və əhəmiyyətini artırır. Laçın Hava Limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir.
Bu günə qədər Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu da yerli əhalinin məşğulluğunun təmin olunmasına xidmət edir.
Böyük Qayıdış Proqramına əsasən Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Beləliklə, Laçın sakinləri 31 ildən sonra öz doğma yurdlarına qayıdıblar və şəhər gününü qalib xalqın nümayəndələri kimi öz torpaqlarında qeyd edirlər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 313   Tarix: 21 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bişkekdə başlayan "İstisu" ənənəsi Kəlbəcərdə diplomatik səviyyədə yaşadılıb - VİDEO

Azərbaycan və İran dövlət başçılarının Bişkekdə "İstisu" mineral suyundan içməsi ilə yaranan gözəl ənənə bu dəfə Kəlbəcər rayonundakı "İstisu" zavodunda davamını tapıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmə

12 sentyabr
.

Üçüncü dəfə qeyd edəcəyimiz Dövlət Suverenliyi Günü

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyunca çətin sınaqlardan keçmiş, işğallar, müharibələr xalqımızın milli iradəsini sınamışdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqını

14 sentyabr
.

Azərbaycan Prezidenti: "Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir"

"Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, bu sözlər sülhə, əməkdaşlığa

15 sentyabr
.

İran və Rusiya tərəfindən Azərbaycan tarixi ilə bağlı təhriflərə yol verilir - ŞƏRH

"Azərbaycanın gerçək tarixi dünyaya tanıdılmalıdır. Uzun illər torpaqlarımız işğal altında olub və Ermənistan, eləcə də onun havadarları Azərbaycan tarixini saxta şəkildə dünyaya təqdim ediblər. Təəssüf ki, bu saxtakarlıqlar Azərbaycanla bağlı yanlış mövqe formalaşdırılmasına da xidmət edib"

15 sentyabr
.

Ölkəmizin həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edən səfərlər

Vətən müharibəsində qazandığımız tarixi Zəfər, xalqımızın nümayiş etdirdiyi qəhrəmanlıq və birlik, sözün əsl mənasında, bütün dünyanı heyrətə saldı. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusuna əks-hücumla bağlı verdiyi əmr xalqımız tərəfindən böyük sevinclə qarşılandı

15 sentyabr
.

Prezident İlham Əliyev: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

"Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu zirvə görüşünün (İƏT-in toplantısı - red.) çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o zirvə görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq". AZƏRTAC-

15 sentyabr
.

Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib

"Biz bərpa işlərinə, demək olar ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra - 2021-ci ildən başlamışdıq. Bərpa edilən birinci obyekt Ağdam məscid olmuşdur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları il

15 sentyabr
.

Ermənistan üçün düşündürücü dərs olan Şanlı Qələbə

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın suveren ərazisidir. Bu həqiqət beynəlxalq hüququn fundamental prinsipləri və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ilə təsdiq olunmuş Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanınıb. Burada hər hansı tədbirin keçirilməsi, xarici qonaqları

15 sentyabr
.

Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır

Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. "Report" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Kəlbəcər rayonunda İkinci Ba

12 sentyabr