Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır

Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanırKəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir.

"Report" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Kəlbəcər rayonunda İkinci Bal Festivalında çıxışında deyib.

"Doğma Kəlbəcərimizdə olmaq bizim hər birimiz üçün bu günlərdə böyük qürur hissidir. Mən 1993-cü ilin o qanlı-qadalı günlərini yaşım az olsa da - təqribən mənim 13-14 yaşım var idi - o günləri çox gözəl xatırlayıram. Kəlbəcərdən olan sakinlərin ayaqyalın, başıaçıq, çörəksiz, qidasız, ilk üz tutduqları yerlərdən biri də məhz Gəncə şəhəri idi. O zaman onların yerləşdirildiyi ilk məntəqələrdən biri də Gəncə Şəhər Texnologiya Universitetinin yataqxanası idi, hansı ki, bizim evimiz onun yaxınlığında yerləşirdi", - H.Hacıyev qeyd edib.

H.Hacıyev bildirib ki, Kəlbəcər sakinlərinin həmin dövrdə yaşadığı hadisələri böyük təəssüf hissi ilə xatırlayır:

"O günləri mən hələ də böyük faciə hissi ilə xatırlayıram, yaşımın az olmasına baxmayaraq. Kəlbəcər sakinləri böyük, ağır əzabdan keçərək, Ömər aşırımını, o qarlı, qadalı günlərdə ayaqyalın, başıaçıq keçərək Gəncə şəhərinə pənah gətirmişdilər".

H.Hacıyev Kəlbəcərin uzun müddət mühasirədə qaldığını vurğulayıb: "Təəssüflər olsun ki, Kəlbəcər şəhərinin, kəlbəcərlilərin həmin dövrdə mühasirədə olmasını heç də beynəlxalq ictimaiyyət, hətta Azərbaycanın öz içərisində həmin dövrdə hakimiyyətdə olan bəzi qüvvələrin səriştəsizliyi nəticəsində insanlarımız hiss edə bilmirdilər. Kəlbəcər bir ilə yaxın müddətdə mühasirədə idi. Bir tərəfdən Ağdərə istiqamətində Ermənistan qoşunları mühasirəyə almışdılar. Laçının işğalından sonra Kəlbəcərin o istiqamətdə yolu bağlanmışdı. O biri tərəfdən də Ermənistan, digər bir tərəfdən isə Murov dağlarının əhatəsində olan kəlbəcərlilər. Amma onlar - Kəlbəcər sakinləri, kəlbəcərlilər öz əzmlərini, inamlarını, qürurlarını itirmədilər".

Prezidentin köməkçisi Kəlbəcərin işğalı zamanı baş verən Tunel faciəsini də xatırladıb:

"Tunel faciəsini hələ də biz xatırlayırıq. Tunelin çıxacağında erməni terrorçusu Monte Melkonyan, hansı ki, Yaxın Şərqdən gəlmişdi, tunelin girəcəyində onlar pusqu qurmuşdular. Xocalı faciəsi qədər orada bir qəddar faciə baş verdi. Biz bunları unutmamalıyıq, bunlar da bizim tariximizin bir hissəsidir və orada Kəlbəcərlilərə ağır divan tutuldu".

O, həmin dövrdə Kəlbəcərli qadınların üzləşdiyi faciədən də danışıb:

"Və həmin zaman öz namusunu, qeyrətini qoruyan bizim Kəlbəcərli bacılarımız özlərini Tərtər çayına atdılar ki, xilas olsunlar".

H.Hacıyev bu hadisələrdən danışmağın çətin olduğunu, lakin həmin günlərin artıq geridə qaldığını deyib:

"Bunları yenə də mənə danışmaq hər birimiz üçün çətindir, amma çox xoş olan hissdir ki, o anlar artıq keçmişdə qalıb. Biz gözəl Kəlbəcərdəyik, Kəlbəcərdəyik".

H.Hacıyev uşaqlıq illərində Kəlbəcərdə olmadığını, Kəlbəcərli dostlarının şəhərin gözəlliyindən danışdıqlarını bildirib:

"Mənə nəsib olmamışdı mən Kəlbəcərdə olum uşaqlıq illərində. Həmişə Kəlbəcərli dostlarımız, yoldaşlarımız Kəlbəcərin gözəlliyindən danışırdılar, təsəvvür eləyirdim, amma belə gözəl olduğunu həqiqətən mən təsəvvür də edə bilmirdim. Kəlbəcər çox gözəldir".

O, Kəlbəcərin hazırda yenidən qurulduğunu və inkişaf etdiyini vurğulayıb:

"Və bu gün cənab Prezident İlham Əliyevin siyasəti nəticəsində biz doğma Kəlbəcərdəyik. Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir və bundan sonra da Prezident İlham Əliyevin siyasəti nəticəsində burada daha da böyük işlər görüləcəkdir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 122   Tarix: 12 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Hikmət Hacıyevin Xankəndi səfərinin ayrıca siyasi çəkisi var" - AÇIQLAMA

"Hikmət Hacıyevin Xankəndiyə səfərinə son dövrdə xarici diplomatların və beynəlxalq nümayəndələrin Qarabağa, xüsusilə Xankəndiyə səfərləri fonunda yanaşmaq daha doğru olar. Çünki burada söhbət yalnız ayrı-ayrı səfərlərdən deyil, Azərbaycanın suverenliyinin və postmünaqişə reallığının beynəlxal

11 sentyabr
.

Hikmət Hacıyev: "Azərbaycanın bərpa təcrübəsi digər münaqişə zonalarında tətbiq edilə bilər"

"Azərbaycanın müharibədən sonrakı bərpa və əhalinin qayıdışı ilə bağlı topladığı təcrübə dünyanın münaqişə, eləcə də savaşlardan zərər çəkmiş digər regionlarında tətbiq oluna bilər". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Preziden

11 sentyabr
.

"Bişkek diplomatiyası: İlham Əliyevin ŞƏT sammitində iştirakı Azərbaycana hansı imkanları açır?" - DEPUTAT

"Azərbaycanın qlobal və regional diplomatiyada artan çəkisi, yeni nəqliyyat marşrutları, Türk dünyası ilə əməkdaşlıq və Ermənistanla sülh gündəliyi Bişkek görüşlərinin əsas istiqamətlərini müəyyənləşdirib", - bunu -a danışan deputat Vüqar İskəndərov deyib:. "Azərbaycan Prezidenti İlha

2 sentyabr
.

Paşinyanın ermənicə mesajı: dil dəyişdi, bəs Ermənistanın kursu hara dəyişir? - KÖŞƏ YAZISI

Bəzən beynəlxalq siyasətdə bir dövlət başçısının seçdiyi dil onun söylədiyi cümlələrdən daha çox şey deyir. Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının "ŞƏT+" formatında keçirilən sammitdə Nikol Paşinyanın rus dilində deyil, erməni dilində çıxış etməsi də belə jestlərdəndir. Əlbəttə, Ermənista

4 sentyabr
.

İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncamla 2008-ci ildə doğulmu

2 sentyabr
.

Azərbaycan və Çin enerji sektorunda əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Çin arasında enerji sektorunun müxtəlif sahələrində, o cümlədən emal və neft-kimya, istehsal müəssisələrinin modernləşdirilməsi, həmçinin yaşıl enerji layihələrinin inkişafı, innovasiya və rəqəmsallaşma üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. bu barədə Azərbaycan Dövlət Neft Şirkətin

10 sentyabr
.

Azərbaycanda kənd təsərrüfatı torpaqları ilə bağlı YENİ LAYİHƏ - Prezident TƏSDİQLƏDİ

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası həyata keçiriləcək. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Torpaq və Mülki məcəllələrdə, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Torpa

2 sentyabr
.

Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər - VİDEO+YENİLƏNİB

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Kəlbəcər rayonunda keçirilən Bal Festivalında iştirak ediblər. "Report"a istinadən bildirir ki, diplomatlar festivalda nümayiş olunan yerli arıçıların məhsullarına

12 sentyabr
.

Prezident San Marinonun regent kapitanlarına məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San Marino Respublikasının Regent Kapitanları Aliçe Minaya və Vladimiro Selvaya təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınız

3 sentyabr