Ermənistan üçün düşündürücü dərs olan Şanlı Qələbə

Ermənistan üçün düşündürücü dərs olan Şanlı Qələbəİşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın suveren ərazisidir. Bu həqiqət beynəlxalq hüququn fundamental prinsipləri və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ilə təsdiq olunmuş Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanınıb. Burada hər hansı tədbirin keçirilməsi, xarici qonaqların səfərlərinin təşkili Azərbaycanın müstəsna suveren hüququdur.
Amma təəssüf ki, xəstə təfəkkürlü bəzi erməni dairələri hələ də reallığı qəbul etmək istəmir, Azərbaycanın öz ərazisində atdığı hər bir addımı əsassız iddialarla qarşılayır. Tarixi həqiqət isə siyasi manipulyasiyalardan daha güclüdür. Qarabağ, Şərqi Zəngəzur Azərbaycanın ərazisidir və bu torpaqlarda dövlətimizin qərarları heç bir kənar qüvvənin razılığına ehtiyac duymur. Bu gün Qarabağda keçirilən beynəlxalq tədbirlər, xarici nümayəndələrin səfərləri və həyata keçirilən quruculuq işləri Azərbaycanın öz suveren torpaqlarında yaratdığı yeni reallığın təbii nəticəsidir. Bunu qəbul etmək istəməyənlər əvvəlcə öz siyasi təfəkkürlərindəki köhnə xəritələri dəyişməlidirlər.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətində göstərilən reaksiya revanşist düşüncənin hələ də yaşadığını göstərir. Azərbaycanın suveren ərazisinə xarici diplomatların səfərini hədəfə almaq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə münasibətdə ortaya qoyduğu mövqeyi də sual altına salır. Öz ərazimizdə verdiyimiz qərarlara heç bir kənar qüvvə müdaxilə edə bilməz. Tarixi və mədəni irsimizə münasibətdə ikili standartların, Qafqaz Albaniyası irsinin inkarının, Qərbi Azərbaycandakı Azərbaycan izlərinin silinməsinin müdafiəsi isə bu yanaşmanın mahiyyətini daha aydın göstərir.
İndi regionda hamının sülh prosesindən danışdığı bir vaxtda dünya bir daha şahid oldu ki, erməni cəmiyyəti və revanşist qüvvələr hələ də öz ampluasındadırlar. Onlar üçün barış çağırışları ilə yanaşı revanşist düşüncələr də yaşamaqda davam edir. Ermənistan sülh yolunda irəliləmək istəyirsə ilk növbədə revanşist ritorikadan və tarixi saxtalaşdırma cəhdlərindən uzaq durmalıdır. Bu, Ermənistan üçün həm doğru seçim, həm də çıxış yoludur. 44 günlük Vətən müharibəsindən və bir gün davam edən antiterror tədbirlərindən nəticə çıxarmaq, yeni reallığı qəbul etmək və gələcəyə baxmaq Ermənistanın özü üçün düşündürücü bir dərs olmalıdır.

Vahid İsmayılov - Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 144   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib. AZƏRTAC-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullaye

14 sentyabr
.

Üçüncü dəfə qeyd edəcəyimiz Dövlət Suverenliyi Günü

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyunca çətin sınaqlardan keçmiş, işğallar, müharibələr xalqımızın milli iradəsini sınamışdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqını

14 sentyabr
.

Belə səfərlər Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə töhfə verir - AÇIQLAMA

"Azərbaycanın Qarabağ bölgəsinə, xüsusilə Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər ərazilərə səfərlərin mümkün olması və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin bu ərazilərə səfər etməsi iki mühüm məna daşıyır". Bunu -a açıqlamasında politoloq Samir Hümbətov deyib

11 sentyabr
.

Bişkekdə başlayan "İstisu" ənənəsi Kəlbəcərdə diplomatik səviyyədə yaşadılıb - VİDEO

Azərbaycan və İran dövlət başçılarının Bişkekdə "İstisu" mineral suyundan içməsi ilə yaranan gözəl ənənə bu dəfə Kəlbəcər rayonundakı "İstisu" zavodunda davamını tapıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmə

12 sentyabr
.

"Ramiz Mehdiyev işi"ndə yeni adlar: Şahid qismində kimlər dindirilib?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işinin istintaqı zamanı şahid qismində dindirilən şəxslərin kimliyi məlum olub. Gününsesi.info-ya istinadla xəbər verir ki, ötən gün Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işinin məhkəməyə göndərilməsi barəd

15 sentyabr
.

Ermənistanda böyük narahatlığa səbəb olan səfər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sentyabrın 11-12-də işğaldan azad olunmuş ərazilərə sayca 22-ci səfəri Azərbaycanın bölgədəki reallıqlarını beynəlxalq ictimaiyyətə birbaşa göstərmək baxımından mühüm hadisədir. Ermənistan mediasının səfərə reaksiyası bir daha göstərd

15 sentyabr
.

Prezident: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

"Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə söyləyib. "Biz Azərbaycanda hər zaman çalışmışı

15 sentyabr
.

Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Dövlətimizin başçısı onların bəzilərinin adlarını sadalayara

15 sentyabr
.

Azərbaycan və Türkiyə XİN başçılarının geniş tərkibdə görüşü keçirilib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Hakan Fidan hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriblər. xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Nazirlər iki dövlət başçısının rəhbərliyi və təşəbbüs

15 sentyabr