Bişkekdə başlayan "İstisu" ənənəsi Kəlbəcərdə diplomatik səviyyədə yaşadılıb - VİDEO
Azərbaycan və İran dövlət başçılarının Bişkekdə "İstisu" mineral suyundan içməsi ilə yaranan gözəl ənənə bu dəfə Kəlbəcər rayonundakı "İstisu" zavodunda davamını tapıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bu ənənəni sürdürüblər.
Oxu.Az-ın xəbərinə əsasən, diplomatik korpusun Kəlbəcərdəki "İstisu" istehsal müəssisəsinə səfəri çərçivəsində Prezidentin köməkçisi Hikmət Hacıyev və İranın ölkəmizdəki diplomatik nümayəndəsi Müctəba Dəmirçilu formalaşmış ənənəyə sadiq qalaraq "İstisu" məhsulundan daddıqlarını nümayiş etdiriblər.
H.Hacıyev vurğulayıb ki, Prezident İlham Əliyev və onun iranlı həmkarı Məsud Pezeşkian olduqca gözəl bir adətin əsasını qoyublar.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 201 Tarix: 12 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Prezident İlham Əliyev "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin mətnini təqdim edir:
2 sentyabrHikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır
Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. "Report" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Kəlbəcər rayonunda İkinci Ba
12 sentyabrPrezident Fəxri Kazımovu vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Prezidentin növbəti Sərəncamı ilə Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpotek
7 sentyabrAzərbaycan və Çin enerji sektorunda əməkdaşlığı müzakirə ediblər
Azərbaycan və Çin arasında enerji sektorunun müxtəlif sahələrində, o cümlədən emal və neft-kimya, istehsal müəssisələrinin modernləşdirilməsi, həmçinin yaşıl enerji layihələrinin inkişafı, innovasiya və rəqəmsallaşma üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. bu barədə Azərbaycan Dövlət Neft Şirkətin
10 sentyabr"Hikmət Hacıyevin Xankəndi səfərinin ayrıca siyasi çəkisi var" - AÇIQLAMA
"Hikmət Hacıyevin Xankəndiyə səfərinə son dövrdə xarici diplomatların və beynəlxalq nümayəndələrin Qarabağa, xüsusilə Xankəndiyə səfərləri fonunda yanaşmaq daha doğru olar. Çünki burada söhbət yalnız ayrı-ayrı səfərlərdən deyil, Azərbaycanın suverenliyinin və postmünaqişə reallığının beynəlxal
11 sentyabr