Dərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdi

Dərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdiMüalicə planına gülüş terapiyasının əlavə edilməsi geniş yayılmış ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərdə nəfəsalma problemlərini yüngülləşdirməyə kömək edə bilər.

Qaynarinfo-nun məlumatına görə, "The Independent" yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, alimlər bu metodun xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) olan insanlar üçün faydalı ola biləcəyini müəyyənləşdiriblər.

Alimlərin fikrincə, belə "sadə və ucuz" müdaxilə ənənəvi tənəffüs məşqləri qədər effektiv ola, həmçinin XOAX xəstələrinin mövcud müalicəsini tamamlaya bilər.

Bildirilir ki, yalnız Böyük Britaniyada təxminən 1,7 milyon insan XOAX-dan əziyyət çəkir. Onlardan təxminən 600 mini öz diaqnozundan xəbərsizdir.

Klinik sınaqda Türkiyənin Ankara şəhərindəki Ankara Bilkənt Şəhər Xəstəxanasında müalicə alan XOAX diaqnozlu 63 nəfər iştirak edib. İştirakçılar üç qrupa bölünüb. Pasiyentlərin təxminən üçdə biri gülüş terapiyası seanslarına qatılıb, digər qrup dodaqları büzərək nəfəsalma məşqləri edib, üçüncü qrup isə xüsusi tənəffüs məşqləri yerinə yetirməyib.

Pasiyentlərə müvafiq texnikaları düzgün icra etmək qaydaları izah edildikdən sonra onlar səkkiz həftə ərzində həftədə üç dəfə 30 dəqiqəlik seanslar keçiriblər. Mütəxəssislər iştirakçıların ağciyər funksiyalarını proqram başlamazdan əvvəl, proqram zamanı və başa çatdıqdan sonra qiymətləndiriblər.

Nəticələr göstərib ki, həm gülüş terapiyası, həm də dodaqları büzərək nəfəsalma xüsusi məşqlər etməyən qrupla müqayisədə pasiyentlərin vəziyyətində nəzərəçarpacaq yaxşılaşma təmin edib.

Ankaradakı Hacettepe Universitetinin Tibb bacılığı fakültəsinin müəllimi və tibb bacısı, doktor Qoncaqül Aldan bildirib ki, XOAX olan insanlar sadə gündəlik işləri yerinə yetirərkən belə tez-tez nəfəs darlığı yaşayırlar. Bu, onların həyat keyfiyyətini aşağı salır və başqalarının köməyindən asılılığını artırır.

Onun sözlərinə görə, XOAX-ın müalicəsi yalnız dərmanlarla məhdudlaşmamalıdır. Pasiyentlərə xəstəliyin simptomlarının, fiziki yükünün, eləcə də emosional və psixoloji nəticələrinin öhdəsindən gəlməyə kömək edən kompleks yanaşma lazımdır.

Mütəxəssis qeyd edib ki, tədqiqat çərçivəsində həkimlər sadə və ucuz əlavə üsulların mövcud müalicəni tamamlayıb-tamamlamayacağını müəyyənləşdirmək istəyiblər.

"Gülüş terapiyası artıq bir sıra digər xroniki xəstəliklər zamanı ümidverici nəticələr nümayiş etdirib. Onun əlçatan və xoş xarakteri XOAX xəstələri üçün də faydalı ola biləcəyini göstərir. Bu üsul xroniki xəstəliklə yaşamaqdan qaynaqlanan gündəlik stressin öhdəsindən gəlməyə kömək etməklə yanaşı, tənəffüs sisteminin sağlamlığını birbaşa dəstəkləyə bilər", deyə Aldan bildirib.

O əlavə edib ki, hər iki metodun müsbət təsiri proqram başa çatdıqdan bir ay sonra da qorunub.

Tədqiqatçı bildirib ki, nəticələr pasiyentlərin heç bir avadanlıq və ya mütəxəssis köməyi olmadan evdə tətbiq edə biləcəyi sadə və ucuz üsulların nəfəs darlığını azaltmağa və gündəlik həyatda özlərini daha yaxşı hiss etmələrinə kömək edə biləcəyinə ümid verir.

"Hər iki metod ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılması baxımından da ümidverici nəticələr göstərib. Bu, gülüş terapiyasının XOAX müalicəsi çərçivəsində dodaqları büzərək nəfəsalma ilə yanaşı gələcəkdə araşdırılması üçün perspektivli istiqamət ola biləcəyini göstərir", deyə alim qeyd edib.

Onun sözlərinə görə, XOAX zamanı tənəffüs yolları nəfəsvermə prosesində çökməyə meylli olur və nəticədə istifadə olunmuş hava ağciyərlərdə qalır. Dodaqları büzərək nəfəs alma yüngül əks təzyiq yaradır. Bu, ağciyərlərdə qalan havanın xaric edilməsinə, tənəffüs tezliyinin azalmasına və pasiyentlərin nəfəsalma prosesinə daha yaxşı nəzarət etməsinə kömək edir.

"Gülüş tənəffüs əzələlərini məşq etdirə, daha dərin nəfəsverməyə kömək edə və endorfinlərin ifrazını stimullaşdıra bilər. Beləliklə, həm fiziki, həm də emosional rahatlama təmin olunur", deyə Aldan izah edib.

Bununla belə, gülüşün XOAX simptomlarına konkret olaraq hansı mexanizmlə təsir etdiyini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

"Gülüş terapiyası orqanizmdə həqiqi gülüş zamanı yaranan təsirlərə bənzər effektlər yaratmağa yönəlib. Lakin gülüş terapiyasının XOAX-a təsir mexanizmləri hələ kifayət qədər öyrənilməyib. Buna görə də daha genişmiqyaslı və kompleks tədqiqatlar aparılmalıdır", deyə mütəxəssis əlavə edib.

Klinik sınağın nəticələrinin Barselonada keçiriləcək Avropa Tənəffüs Cəmiyyətinin (ERS) konqresində təqdim ediləcəyi bildirilir.

"Asthma + Lung UK" təşkilatının tibbi məsləhətlər şöbəsinin rəhbəri Emma Rubax tədqiqatı maraqlı adlandırıb və onun XOAX olan insanlarda nəfəs darlığı ilə mübarizədə gülüş terapiyasının effektivliyini göstərdiyini bildirib.

Onun fikrincə, araşdırma XOAX kimi ağciyər xəstəliklərinə nəzarət etmək imkanlarını yaxşılaşdıra bilən innovativ qeyri-ənənəvi müalicə üsullarına dair getdikcə artan sübutları tamamlayır.

Rubax qeyd edib ki, daha çox pasiyentin iştirakı ilə əlavə tədqiqatlara ehtiyac olsa da, gülüş terapiyası XOAX xəstələrinin simptomlarına daha yaxşı nəzarət etməsinə kömək edə biləcək əyləncəli, əlçatan və effektiv özünənəzarət üsulu kimi görünür.

"XOAX-ı tamamilə müalicə edə bilən dərmanlar hələ mövcud deyil və bu xəstəlik insanları sözün əsl mənasında hər nəfəs uğrunda mübarizə aparmağa məcbur edə bilər. Gülüş terapiyası kimi innovativ yanaşmalar bu xəstələrə real rahatlıq təmin etmək və Böyük Britaniyada bu xəstəliklə yaşayan 1,7 milyon insanın həyat keyfiyyətini yaxşılaşdırmaq üçün böyük potensiala malikdir", deyə o qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 389   Tarix: 08 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

Rusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMA

Rusiyada vəba ilə bağlı yayılan məlumatlar fonunda xəstəliyin yayılma yolları və insan sağlamlığı üçün yarada biləcəyi risklər yenidən gündəmə gəlib. Vəba əsasən çirkli su və qida vasitəsilə yayılan, ağır ishal və qusma nəticəsində sürətli susuzlaşmaya səbəb ola bilən infeksiyadır. Ümumdünya Səhiyy

7 oktyabr
.

Dərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ

Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ

23 oktyabr
.

Spirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB

"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca

9 oktyabr
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20 oktyabr
.

Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?

Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy

8 oktyabr
.

100 yaşdan çox yaşayanların ortaq 5 sirri

Amerikalı rejissor Sem Qrin 10 il ərzində dünyanın ən yaşlı insanları ilə görüşərək onların həyat tərzini araşdırıb. Rejissor yüz ildən çox yaşayan insanların bir-birinə bənzəyən bir sıra xüsusiyyətlərinin olduğunu müəyyən edib. xarici mediaya istinadən xəbər verir ki, Sem Qrin dünyanın ən yaşlı insanlar

4 oktyabr
.

Oftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir

"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"

9 oktyabr
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23 oktyabr