Azərbaycanda pensiya yaşı azaldılacaq? - AÇIQLAMA

Azərbaycanda pensiya yaşı azaldılacaq? - AÇIQLAMA"65 yaşda pensiyaya çıxan insan pensiya kapitalının 12 ildə olan ayların sayına (144-ə) bölünərək aylıq pensiya müəyyən edilməsi orta hesabla insanların 77 il yaşamasını qəbul etmək deməkdir".

BAKU.WS xəbər verir ki, bunu iqtisaçı-ekspert Eldəniz Əmirov bildirib.

O əlavə edib ki, 2002-ci ildə əmək qabiliyyətli əhali arasında 11588 nəfər ölmüşdürsə, 2020-ci ildə 27991 nəfər dünyasınını dəyişmişdir: "Bu pensiya almadan ölənlərin təxminən 150% artması deməkdir. Bunun bir neçə səbəbi olsa da əsas səbəb pensiya yaşının artırılmasıdır.

Çünki, 2009-cu ilə qədər əmək qabiyyətli əhali olaraq kişilər 15-61 yaş, qadınlar 15-56 yaş arası hesab olunurdu. Amma 2020-ci ildə bu yaş həddi kişilər üçün 15-64, qadınlar üçün 15-61,5 yaş hesab edilirdi".

İqtisaçı-ekspert həmçinin qeyd edib ki, koronavirusun yaratdığı "ölüm dalğasının" da səbəbləri vardı: "Amma virusun ölüm dalğasından əvvəlki 2019-cu ildə əmək qabiliyyətli kateqoriyaya daxil olan 19000-ə yaxın insan ölmüşdür. Göründüyü kimi pensiya yaşı artırıldıqca pensiya almadan ölənləri sayı kəskin artır. Bu artım illər üzrə bərabər qalxmır, artan hər pensiya yaşına ölüm daha çox artır.

Məsələn, pensiya yaşını 55-dən 56-ya qaldıranda əvvəlki illə müqayisədə təxminən 300 nəfər daha çox ölüm olursa, 65-yaşdan 66 yaşa qaldıranda ölüm sayı 300 yox, 1000 artır. Yəni bioloji yaş artıqca ölüm daha çox artır. Bu təxminən həmin qədər insanın bu və ya digər formalı pensiya hüququndan istifadə edə bilmədən dünyasını dəyişməsi deməkdir".

Eldəniz Əmirov hesab edir ki, pensiya yaşının azaldılması ilə bağlı son günlər Milli Məclisdə olan müzakirələr müsbət hal olsa da, reallaşdırılması gözlənilən deyil:

"Ona görə ki, 2027-ci ilə qədər pensiya yaşının artırılması qanunla təsdiqlənib. Belə ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb 65-ə çatdırılması nəzərdə tutulub. Hazırda kişilərin pensiya yaşı 65 olub, qadınların pensiya yaşı isə 62 il 6 aydır. 1 iyul 2022 – 30 iyun 2023 tarixində isə qadınlar üzrə 63 il olacaq.

Beləliklə, azalan hər pensiya yaşı əlavə xərc, artan hər pensiya yaşı isə qənaət deməkdir. Odur ki, yaxın vaxtlarda pensiya yaşının azalması ilə bağlı addımın atılacağı gözlənilən deyil.

O ki qaldı, 65 yaşda pensiyaya çıxan insanın toplanmış pensiya vəsaitinin 144-ə bölünərək 12 il pensiya alacağını hesab etməyə, bunu da bir mənalı qarşılamaq çətindir. Yuxarıda qeyd etdiyim kimi, əgər özümüz hansısa bir statistikanı hesablaya bilmiriksə, rəsmi statistikanı qəbul etməliyik. Odur ki, mən 77 yaş statistikasını inkar etmədən, sadəcə bir müşahidəmi qeyd etmək istəyirəm ki, son bir ildə ölüm xəbərini eşitdiyim insanların orta yaşı heç 70-i keçmir.

İş burasındadır ki, qəbirstanlıqları ziyarət etdiyimiz zaman baş daşları üzərindəki rəqəmlər də rəsmi statistika ilə heç uyuşmur. Düzdür, bu peşəkar yanaşma olmadığı üçün bunu əsas götürmək olmaz, amma müxtəlif fərdlərin müxtəlif regionlardakı müşahidələri çox oxşardırsa, deməli bu haqda düşünməyə dəyər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6535   Tarix: 12 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi

Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəs

21 oktyabr
.

Ordubada qar yağdı

Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə

21 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr
.

Ali Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?

Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr

21 oktyabr
.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məhsulların üzərindəki istehsal tarixinin və son istifadə müddətinin dəyişdirilməsi istehlakçıların aldadılması ilə yanaşı, qida təhlükəsizliyi baxımından da ciddi narahatlıq doğurur. Xüsusilə, qablaşdırmanın üzərindəki tarix məlumatlarının saxtalaşdırılması alıcıların vaxtı keçmiş məhsulları bilmədə

21 oktyabr