"Nərmin işi"ində üzləşmə oldu:YALAN DEYİRSƏN...

"Nərmin işi"ində üzləşmə oldu:YALAN DEYİRSƏN...Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sonxeber.az-ın APA-ya istinadən xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Nərmin Quliyevanın əmisi Arif Quliyev yenidən ifadə verib.

O, əvvəlki prosesdə ifadə verən kənd sakini Ülfət Əliyevin ifadəsi əsasında məhkəməyə çağırılıb. Ülfət Əliyev məhkəmədə Nərminin meyiti tapılmamışdan iki-üç gün əvvəl Arif Quliyevin onlara gələrək gecə Nərminə aid paltar ya ayaqqabının onların qapısına atıla biləcəyini dediyini bildirib.

Bu ifadəyə görə Arif Quliyev məhkəmədə Ülfət Əliyevlə üzləşdirilib. O, prosesdə Ülfət Əliyevə elə bir söz demədiyini, onu niyə belə ifadə verməsinə təəccübləndiyini bildirib:

"Mən onlara yanvarda yox, noyabrda getmişəm. Onda uşağı hər yerdə axtarırdıq, onlara da uşağı axtarmağa getmişdim".

Ülfət Əliyev isə onun yalan danışdığını deyib: "Niyə yalan deyirsən? Ayıbdır. Ad gününə görə yanvarın 1 və 2-də mənim qonaqlarım vardı. Ona görə dəqiq yadımdadır ki, ayın ya 3-ü, ya da 4-ü idi. Yoldaşım gəldi ki, Arif səni çağırır, çıxdım, onda dedin..."

Arif Quliyev Ülfət Əliyevlə aralarında heç bir problem olmadığını, onu yalan danışmayan biri kimi tanıdığını deyib.

Daha sonra məhkəmədə ittiham olunan şəxslə təcridxanada eyni kamerada saxlanılmış Rəvan İsmayılov ifadə verib. Rəvan İsmayılov əvvəlki ifadəsində İlkin Süleymanovun yuxuda uşaq öldürdüyünü sayıqladığını deyib. Digər kamera yoldaşları isə ifadələrində İlkin Süleymanovun kamerada təqsirsiz olduğunu dediyini açıqlayıblar. Həbsdə olduğu üçün əvvəlki prosesdə onlayn qaydada ifadə verən Rəvan İsmayılov məhkəməyə gətirilib.

İlkin Süleymanovun vəkilləri şahidin təkrar ifadə verməsi barədə vəkillərin, prokurorun vəsatət vermədiyini, ona görə də onun məhkəməyə gətirilməsinin əsassız olduğunu bildiriblər.

Hakim isə prokurorun ötən məhkəmədə Rəvan İsmayılovun təkrar dindirilməsini istədiyini qeyd edib.

Rəvan İsmayılov ifadəsində bildirib ki, İlkin Süleymanovun təqsirsiz olması barədə digər kamera yoldaşlarına heç nə deməyib. O, İlkin Süleymanovun kamerada uşağı öldürdüyünü etiraf etdiyini bildirib.

Vaxtilə İlkin Süleymanovla eyni kamerada saxlanılan iki nəfər isə prosesdə Rəvan İsmayılovun yalan danışdığını deyib.

Hakim Dadaş İmanov onların zaldan çıxarılmasına göstəriş verib.

Proses iyunun 14-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1854   Tarix: 09 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərzaq qiymətləri yenə artır: Qışda vətəndaşları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Ərzaq məhsullarının qiymətlərində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Sentyabrda isə bu məhsullar üzrə qiymə

21 oktyabr
.

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib

2026-cı il oktyabrın 20-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında - "Place du Luxembourg" meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib. Aksiyada etiraz bəyanat

20 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr
.

Anar Bayramov niyə nazir təyin edildi?

Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Anar Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Həmin gün imzalanmış digər sənədlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətinə ümumi rəhbərlik və nəzarət səlahiyyəti Səhiyyə Nazirliyinə verilib

20 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

21 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məhsulların üzərindəki istehsal tarixinin və son istifadə müddətinin dəyişdirilməsi istehlakçıların aldadılması ilə yanaşı, qida təhlükəsizliyi baxımından da ciddi narahatlıq doğurur. Xüsusilə, qablaşdırmanın üzərindəki tarix məlumatlarının saxtalaşdırılması alıcıların vaxtı keçmiş məhsulları bilmədə

21 oktyabr
.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20 oktyabr