Bakıda uşaq sığınacağına iki dəfə polis çağıran qadın kimdir? - YENİLƏNİB + AÇIQLAMA + VİDEO

Bakıda uşaq sığınacağına iki dəfə polis çağıran qadın kimdir? - YENİLƏNİB + AÇIQLAMA + VİDEOBakıda sığınacaq qarşısında uşağının oğurlandığını iddia edən qadın barədə Respublika Psixiatriya Xəstəxanasından açıqlama verilib.

Xəstəxanadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1984-cü il təvəllüdlü, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Bəhrəmova Jalə Bəhrəm qızı 16.06.2022-ci il tarixdə saat 17:25-də təcili tibbi yardım vasitəsilə xəstəxanaya qəbul olunub:

"Jalə Bəhrəmova qəbul olunarkən davranışı, psixi vəziyyəti və hansısa narkotik preparatdan istifadəsi barədə heç bir rəsmi sənəd (qonşuların ərizəsi, hüquq-mühafizə orqanlarının rəsmi məktubu, xəstənin psixiatriya stasionarında qeyri-könüllü yerləşdirilməsi haqqında məhkəmə qərarı) təqdim olunmayıb.

18.06.2022-ci il tarixdə qardaşının iştirakı ilə Jalə Bəhrəmova Həkim Məsləhət Komissiyasına təqdim olunub, şikayətləri dinlənilib, psixi vəziyyətinə uyğun olaraq ona müvafiq diaqnoz təyin olunub. Təyin olunmuş diaqnoz, "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının qanununa əsasən, xəstənin psixiatriya stasionarında qeyri-könüllü yerləşdirilməsinə əsas vermədiyi üçün Jalə Bəhrəmova 18.06.2022 -ci il tarixdə saat 13 radələrində qardaşının müşayiətilə evə yazılıb".

10:19
Bakıda beş gün əvvəl Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən azyaşlı uşaq Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib. Bundan sonra bir qadın həmin sığınacağın qarşısına gələrək övladının oğurlandığını deyib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağıran qadın gələn polislərə də hədə-qorxu gəlib və təkrar "102" Xidmətinə zəng vurub.

Məsələ barədə Oxu.Az-a açıqlamasında sığınacağın rəhbəri Kəmalə Ağazadə bildirib ki, uşağın Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə, ailənin vəziyyətinə uyğun qiymətləndirilərək müəssisəyə gətirilməsinə qərar verilib.

O deyib ki, prosesdə Abşeron RPİ əməkdaşları da iştirak ediblər:

"Qadını həkim-psixiatr briqadası ilə aidiyyəti üzrə tibb müəssisəsinə yerləşdiriblər. Uşaq gətiriləndə çox pis vəziyyətdə idi. Təcili yardım çağırdıq, uşağa həkim baxışı keçirildi. İlkin dəyərləndirmə və müşahidələr onu göstərir ki, uşaq uzun müddət yuxu dərmanlarının təsiri altında olub. İki yaş səkkiz aylıqdır, lakin öz yaşına uyğun olaraq fikrini aydın izah edə bilmir. Çox çətinlik çəkir. Artıq beş gündür ki, uşaq bizdədir.

Lakin iki gün sonra ana yerləşdirildiyi tibb müəssisəsindən buraxılıb. Səhiyyə Nazirliyinin aidiyyəti müəssisəsi bu qadını necə evə buraxa bilib? Sosial şəbəkələrdə videodan da görürsünüz. Qadın bir neçə dəfə gəldi, səs-küy yaratdı. Mən hələ proseslərin çox yumşaq hissəsini ictimailəşdirdim".

K.Ağazadə məsələ barədə dərhal polisə məlumat verdiyini də bildirib:

"Qadın özü də polisə zəng edərək şər-böhtan atırdı. Heç ona yaxın gedən olmamışdı. Çünki görürük ki, ruhi xəstədir. Qadının adı M.Bəhrəmovadır, mən gözləyirəm ki, nazirlik açıqlama versin ki, bu vəziyyətdə bir qadın necə küçədə gəzə bilir?"

"Qadının davranışları ruhi əsəb xəstəsi olduğunu deməyə əsas verir. Ehtimal edilir ki, narkotik vasitə də istifadə etmiş ola bilər. Qonşularının mənə dəfələrlə yazdığı məlumatlarda həmin qadının içki düşkünü, yüngül həyat tərzi keçirən və hətta narkotik vasitə istifadəçisi olduğu bildirilib. Dünən gecə saatlarında 7-ci bölmədən yenə mənə zəng gəldi ki, qadın gedib oraya və uşağının oğurlandığını iddia edib. Mən görüntüləri polislərə geniş formatda göndərdim. Əminəm ki, o bu gün də sığınacağa gələcək və bizə hədə-qorxu gəlməyə başlayacaq", - deyə K.Ağazadə qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3948   Tarix: 21 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

21 oktyabr
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

21 oktyabr
.

Vətəndaş "Nar" operatorunun əməkdaşından şikayətçidir: "Dərdini kimə deyəsən?"

Sosial şəbəkədə anonim hesabla şikayətini bildirən vətəndaş, "Nar" mobil operatorunun müştəri xidmətlərinin əməkdaşının onunla kobud danışdığını iddia edib. -nun xəbərinə görə, şikayətçi bildirib ki, müraciəti qeydə alınsa da, məsələni aydınlaşdırmaq əvəzinə, əməkdaşın davranışı narazılığın

20 oktyabr
.

Anar Bayramov niyə nazir təyin edildi?

Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Anar Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Həmin gün imzalanmış digər sənədlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətinə ümumi rəhbərlik və nəzarət səlahiyyəti Səhiyyə Nazirliyinə verilib

20 oktyabr
.

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor

21 oktyabr
.

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib

2026-cı il oktyabrın 20-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında - "Place du Luxembourg" meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib. Aksiyada etiraz bəyanat

20 oktyabr
.

Ərzaq qiymətləri yenə artır: Qışda vətəndaşları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Ərzaq məhsullarının qiymətlərində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Sentyabrda isə bu məhsullar üzrə qiymə

21 oktyabr