"Pul yoxdursa, meyit də yoxdur" - Xaricdə sığorta problemi ilə üzləşməmək üçün nə etməli?

"Pul yoxdursa, meyit də yoxdur" - Xaricdə sığorta problemi ilə üzləşməmək üçün nə etməli?Azərbaycan vətəndaşlarının bir qismi yerli sığorta şirkətlərinin səfər etdikləri ölkələrdə tanınmadığını qeyd edirlər. Bu isə bəzən çox ciddi problemlərə yol açır.

Belə hadisələrdən biri ötən həftə Polşada baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, qızını görmək məqsədilə Polşaya səfər edən və vəziyyətinin pisləşməsi səbəbilə xəstəxanaya yerləşdirilən soydaşımız bir aya yaxın orada müalicə olunub. Ancaq təəssüf ki, dünyasını dəyişib. Qadının xəstəxanada qaldığı müddət ərzində 30 000 PLN (13 311AZN) məbləğində xərci yaranıb və bu ödənilməyəcəyi təqdirdə xəstəxana rəhbərliyi vətəndaşın ölüm kağızını verməyəcəyini bildirib. Yaşlı qadının xidmətindən yararlandığı sığorta şirkətinin Polşadakı xəstəxana ilə müqaviləsi olmadığı üçün şirkət vətəndaşın maddi xərclərini qarşılamayıb.

Həmçinin, bəzi soydaşlarımız hesab edirlər ki, səfər etdikləri ölkələrin sığorta şirkətləri ilə müqavilə bağlamaq daha məqsədəuyğundur. Yəni bu halda lazımi maddi vəsaiti tez və problemsiz əldə etmək mümkündür. Düzdür, müqayisədə həmin müqavilənin qiymətinin baha olduğunu da vurğulayırlar.

Bəs xaricdə sığorta xərcləri ilə bağlı problemlərin yaşanmaması üçün vətəndaşlar nə etməlidirlər?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran sığorta eksperti Vüsal Bədəlov qeyd edib ki, səyahət sığortalarının əsas məqsədi ölkə hüdudlarından kənarda ani meydana gələn xəstəliklər zamanı səfərdə olan vətəndaşa dəymiş ziyanın maddi cəhətdən qarşılanmasını təmin etməkdir:

"Bu tip sığortalar səyahətin müddəti, məqsədi, sığortaalanın yaşı və müqavilə şərtlərindən asılı olaraq dəyişir. Əgər vətəndaşların səfər etdikləri ölkədə sığorta şirkəti tanınmazsa, viza almaq da mümkün olmaz".

Ekspertin sözlərinə görə, tələbə uyğun olaraq, vətəndaşlar sığorta şirkətlərinə müqavilə zamanı nə qədər təminat istədiklərini bildirməlidirlər:

"Şengen ölkələri minimum otuz min avro miqdarında səyahət sığortası tələb edirlər. Vətəndaşlar sığorta şirkəti ilə müqavilə imzalayan zaman şərtlərlə mütləq şəkildə tanış olmalıdırlar ki, problem yaşamasınlar. Müqavilədə limit və şirkətin hansı həcmdə zərəri qarşıladığı göstərilir".

Eyni zamanda, ekspert vurğulayıb ki, müqavilələrdə servis mərkəzinə müraciət üçün əlaqə nömrəsi qeyd olunur:

"Vətəndaşlar həmin nömrə ilə əlaqə saxlayan zaman səfər etdikləri ölkədə yerləşən aptek və xəstəxanalara yönləndirilirlər. Həmçinin, ödənilən maddi vəsaitin qəbzi gətirildiyi halda geri qaytarılması prosesi də həyata keçirilir".

Xarici ölkələrin sığorta şirkətləri ilə müqavilələrin bağlanmasını isə V.Bədəlov effektiv hesab etmir:

"Səfər edən şəxslərin öz ölkələrinin sığorta şirkətləri ilə müqavilə bağlamaları daha məqsədəuyğundur. Çünki bəzi ölkələrdə elə müqavilələr var ki, sərhəd yoxlanışında tələb olunur və həmin sənədlər olmadığı halda səfərin baş tutması qeyri-mümkündür. Vətəndaşların bir qismi xarici ölkələrdə tibbi sığorta etdirə bilər. Bu yalnız onların bəzi tibbi ehtiyaclarının ödənməsi məqsədini daşıyır. Ancaq xarici ölkələrdəki sığorta qiyməti yerli şirkətlərdə tələb olunandan daha yüksəkdir. Hər bir halda vətəndaşların öz ölkələrində sığorta olunması vacibdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 683   Tarix: 21 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr