Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Sonxeber.az xəbər verir ki, bunu "Report"un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.
Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:
"Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb".
M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.
"Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.
Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 643 Tarix: 21 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şirvanda evdə partlayış - Ağır yaralı var+Video
Gecə saatlarında Şirvan şəhərində mənzildə partlayış baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Elşad Əzimov küçəsində yerləşən fərdi evlərdən birində qeydə alınıb. Partlayış zamanı Şirvan sakini, 1979-cu il təvəllüdlü Mehrəliyeva Aynurə Zakir qızı müxtəlif dərəcəli termik yanı
30 martMay ayında 14 gün İŞ OLMAYACAQ
Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə bağlı qeyri-iş günlərinin vaxtı müəyyən edilib. xəbər verir ki, bu il Qurban bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, may 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarın
31 martCeyhun Bayramov: Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır
Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçinin Azərbaycana təşəkkür etməsinə münasibət bildirib. "Report" xəbər verir ki, Azərbaycan XİN başçısı bu barədə "X" sosial media hesabında paylaşım edib. "Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün dəyərlidir. Azərbayca
29 martBu şəxslərin pensiyası ÖVLADINA VERİLƏCƏK
Hər iki valideynini itirmiş şəxslərlə bağlı pensiya məsələsi tez-tez verilən suallardandır. Qanunvericiliyə əsasən, belə şəxslərə valideynlərinin hər ikisinin əmək pensiyası eyni vaxtda təyin edilmir. Valideynlərin sosial sığorta stajı və fərdi hesablarında toplanmış pensiya kapitalı hesablanır və nəticəd
29 martBakıya düşən yağıntı aylıq normadan 6 dəfə çox OLUB - FAKTİKİ HAVA
Martın 29-u saat 12:00-a olan məlumata əsasən 27-dən 29-u səhərədək ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edib, dağlıq ərazilərə qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, səhər saatlarından yağıntılar tədricən zəifləyib. Qar örtüyünün hündürlüyü Şahdağd
29 martAraz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi
"Crocus Group" şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarov həyat yoldaşı İrina Ağalarovadan ayrılıb. "Qafqazinfo" "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, 70 yaşlı biznesmen boşandıqdan sonra 27 yaşlı Alyona İvanova ilə ailə həyatı qurub. Bildirili
31 martGənc oğlanın meyiti yaşadığı evdən tapıldı
Şəmkirdə 18 yaşlı gəncin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Cəyir kəndində qeydə alınıb. Kənd sakini, 2008-ci il təvəllüdlü Eşqin Əlizadənin meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub
30 martAzərbaycanda pensiya yaşı dəyişir? - BELƏ OLA BİLƏR…
Azərbaycanda pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bəzi kişilərin 5 il daha tez təqaüdə çıxmasına imkan yarada bilər. Belə ki, yeni qaydalara əsasən, əvvəllər yalnız qadınlara tətbiq olunan güzəştli pensiya hüququnun müəyyən hallarda kişilərə də şamil olunması nəzərdə tutulur. "Yen
29 mart