7 saylı Şəhər Poliklinikasında nə baş verir? - Həkim ölkə rəhbərliyindən kömək istəyir
Xətai rayonunda yerləşən 7 saylı Şəhər Poliklinikasının həkim-terapevti Rəna Bayramova adıçəkilən tibb müəssisəsinin baş həkimi Şəlalə Səfərovanı onun hüquqlarını pozmaqda, qanunsuz olaraq məhkəmənin qərarını yerinə yetirməməkdə ittiham edir. Redaksiyamıza müraciət edən həkim bildirir ki, baş həkim onu işdən çıxarmağa çalışır.
Bildirir ki, məhz bu məqəsdlə də 10.10.2023-cü il tarixdə Əmək Məcəlləsini pozaraq, onun xəbəri və razılığı olmadan əmək müqaviləsinə dəyişiklik edib: "Belə ki, məni 2212000300 təsnifat kodlu terapevt/həkim terapevt vəzifəsindən 2211000500 təsnifat kodlu həkim ümumi/ həkim terapevt vəzifəsinə kecirib".
R.Bayramova baş həkimin əməlindən məhkəməyə şikayət edib. Xətai Rayon Məhkəməsində işə baxıldıqdan sonra 31.05.2024-cü il tarixdə onun xeyrinə qərar cıxarılıb və əvvəlki vəzifəsinə bərpa edilib: "Qərarda əmək funksiyamın həkim terapevtin nümunəvi vəzifə təlimatına əsasən müəyyən edilməsi göstərilib. Lakin Şəlalə Səfərova yenidən Əmək Məcəlləsini pozaraq 17.08.2024 tarixdə mənim xəbərim və razılığım olmadan, elektron olmayan bu müqavilədə dəyişiklik edib və sistemə saxta müqavilə vurub. Bu müqavilədə yalniz rəqəm olaraq 2212000300 kodu bərpa olunub. Əmək funksiyası, iş saatları, əmək haqqı isə həkim ümumi/həkim terapevtə uyğun saxlanılıb".
Rəna Bayramova media vasitəsi ilə ölkə Prezidenti İlham Əliyevə, eləcə də tibb qurumlarının rəhbərlərinə müraciət edərək sözügedən məhkəmə qərarının tam icra olunması və hüquqlarının bərpa edilməsi üçün yardım göstərilməsini xahiş edir.
"Saxta icranın ləğv edilməsi, məhkəmə qərarının ədalətli şəkildə icra olunması üçün cənab Prezidentimiz İlham Əliyevdən kömək istəyirəm" – deyə, müraciətdə bildirilir.(AzPolitika)
Şikayətdə qeyd olunalarla bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2527 Tarix: 21 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrHava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabr