Zərdabda ata və oğlu qonşusuna xəsarət yetiriblər

Zərdabda ata və oğlu qonşusuna xəsarət yetiriblərZərdab rayonunda 1978-ci il təvəllüdlü Sərdar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Vüqara (adlar şərti göstərilib) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə Zərdab rayonunun kəndlərindən birində baş verib. Sərdar kənddə yerləşən otlaq sahəsində Vüqarla aralarında yaranmış mübahisə zamanı onun baş və əl nahiyyəsindən qəsdən əli ilə yumruqla vurub.

Hadisəni törədən Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, kənd ərazisində yerləşən və əmisinin ona verdiyi ferma təsərrüfatında həyat yoldaşı Günay və oğlu Cəlil ilə birlikdə yaşayır: "Fərdi təsərrüfat fəaliyyəti ilə məşğul oluram. Zərərçəkmiş Vüqar həmkəndlimdir. Onunla əvvəllər münasibətim yaxşı olsa da, təxminən 5-6 il müddətdir ki, mülki məsələlərlə əlaqədar olaraq aramızda narazılıqlar yaranıb. Bu narazılıqlarla bağlı bir neçə dəfə Zərdab Rayon Polis Şöbəsində və rayon məhkəməsində işlərimiz olub".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin noyabr-dekabr aylarında Zərdab Rayon Məhkəməsinin qərarı ilə ona məxsus olan 90 baş qoyun və yaşadığı ev müsadirə olunaraq Vüqara verilib: "Mən bu qərarla razılaşmayaraq apellyasiya şikayəti verdim. Apellyasiya məhkəməsi evi mənim mülkiyyətimdə saxlasa da, 90 baş qoyunun Vüqara verilməsi barədə rayon məhkəməsinin qərarını qüvvədə saxladı. Bundan sonra aramızdakı münasibət daha da pisləşdi".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Vüqarın qeyd etdiyi, yəni guya aralarında çöl sahəsində mübahisə olması, həmin mübahisə zamanı ona xəsarət yetirməsi, həmçinin onun əlindən telefonu alaraq qaçması tam şəkildə yalandır: "Həmin gün saat 15-16 radələrində Zərdab rayonunun kənd ərazisində olmuşam. Həmin vaxt kənd sakini olan Sədi adlı şəxsin işlətdiyi ərzaq mağazasından alış-veriş etmişəm. Sonra isə yaşadığım ferma təsərrüfatına getmişəm. Ona görə də mənə ittiham olunan əmələ görə özümü təqsirli bilmirəm".

İş üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vüqarın sözlərinə görə, Zərdab rayonunun kəndində ailə üzvləri ilə birlikdə yaşayır: "Kənddə torpaq sahəm və həmin torpaq sahəsində fermam var. Fermada xırdabuynuzlu heyvan saxlayıram. Fermada Elmir çoban işləyir. Həmin fermanın yanında 30 hektar torpaq sahəsini icarəyə götürərək yonca əkmişəm. Torpaq sahəsinə yaxınlıqda həmkəndlim Sərdar qanunsuz olaraq qeyri-qanunu tikili tikərək orada yaşayıb. Dəfələrlə heyvanlarını torpaq sahəmə salaraq əkin sahəmdə otarıb, mənə ziyanlıq vurub. Sonuncu dəfə çobanım Elmir zəng edərək Sərdarın heyvanları gətirərək sahədə otardığını bildirdi. Mən dərhal həmin sahəyə getdim. Sahədə Sərdarın heyvanlarını otardığını gördüm. Bu vaxt ona "niyə mənim yerimdə heyvanlarını otarırsan, sənə demişəm ki, mənim sahəmdə heyvanlarımı otarma" dedim. Sərdar mənə "sənin torpaq sahən yoxdur, bələdiyyənin torapq sahəsidir, mən də heyvanlarımı otarıram" deyə cavab verdi. Mən cibimdən telefonumu çıxararaq Sərdarın heyvanlarını sahəmdə otarmasını videoya çəkdim. Bu zaman Sərdar üzərimə gələrək məni nalayiq söyüşlərlə söydü, təhqir etməyə başladı. Sərdarın oğlu da yanımız gəldi. Sərdarın oğlu gəldikdən sonra üzərimə gəldi, yaxamdan tutaraq məni yerə yıxmağa çalışdı. Telefonu sol əlim ilə tutaraq video çəkdiyim üçün sol qolumu əlimdən araladı.

Sərdarın oğlu sağ qolumdan tutaraq mənə güc tətbiq etməyə çalışdı. Sərdar isə telefonu əlimdən almağa çalışdı. Sərdar yumruqla sol gicgah nahiyəmdən vurdu. Telefonu vermədiyim üçün Sərdar sol əlimdən tutdu və sıxaraq telefonu əzməyə çalışdı. Telefonu Sərdar əlimdən alan zaman şüşəsi sol əlimin baş barmağının dırnaq tərəfindən və eləcə də sağ əlimin şəhadət barmağını kəsdi. Sərdar telefonu götürərək dərhal oradan uzaqlaşdı. Bundan sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə şikayət etdim".

Bu cinayət işinə Zərdab Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərdar 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumat vermək, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 471   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhə

30 mart
.

Bayramdan qayıdan sürücülərə müraciət

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərinin bitməsi ilə daimi yaşayış yerlərinə qayıdan sürücülərə müraciət edib. İdarədən verilən məlumata görə, bayramlarla əlaqədar qeyri-iş günlərinin başa çatması ilə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların iştirakı ilə respublika əhəmiyyətl

30 mart
.

Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər

İki gündür aramsız yağan yağış Bakıda və paytaxtın ətrafında nəqliyyatın hərəkətini çətinləşdirib. "Qafqazinfo" xəbər verir ki, bir sıra yolları su basıb. Bəzi ərazilərdə kanalizasiya xətlərinin daşması vəziyyəti daha da çətinləşdirib. Səhər saatlarında paytaxtın bəzi ərazilərində çəkilmi

28 mart
.

Yağıntılı hava BU TARİXƏ KİMİ DAVAM EDƏCƏK

Hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntını

28 mart
.

Prezident İlham Əliyev Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Cəmil Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:. Azərbayca

29 mart
.

Şəhərin kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir - FOTO

Ardıcıl iki gündür yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərdə suyun kollektorlar vasitəsilə axıdılmasında çətinliklər müşahidə olunur. xəbər verir ki, 27 mart səhər saatlarından başlayaraq Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın rayon icra qurumları və digər kommunal xidmətlər gücləndirilmi

29 mart
.

Sayğaca yüklənən pul "yoxa çıxır"? - "Azərişıq"dan abonentlərə cavab - VİDEO

Gəncədə və ölkənin müxtəlif bölgələrində elektrik sayğaclarına yüklənən vəsaitin tam oturmaması və balansdan əlavə məbləğlərin çıxılması sakinlərin narazılığına səbəb olub. Vətəndaşlar iddia edirlər ki, karta yüklədikləri məbləğlə sayğacda görünən vəsait arasında uyğunsuzluq yaranır. ATV-yə istinadl

29 mart
.

Azərbaycanda pensiya yaşı dəyişir? - BELƏ OLA BİLƏR…

Azərbaycanda pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bəzi kişilərin 5 il daha tez təqaüdə çıxmasına imkan yarada bilər. Belə ki, yeni qaydalara əsasən, əvvəllər yalnız qadınlara tətbiq olunan güzəştli pensiya hüququnun müəyyən hallarda kişilərə də şamil olunması nəzərdə tutulur. "Yen

29 mart
.

"Paytaxtda kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb" - Bakı Şəhər İcra Hakimiyyətindən AÇIQLAMA

Bakıda intensiv yağıntılar səbəbindən bəzi ərazilərdə subasma halları müşahidə olunur. -a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb. Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri və aidiyyəti təsərrüfat strukturlar

27 mart