Bakıda qardaşlar arasında qanlı DAVA

Bakıda qardaşlar arasında qanlı DAVABakının Sabunçu rayonunda 2002-ci il təvəllüdlü Murad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Fuada xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin aprelin 3-də Sabunçu qəsəbəsi, Y.Saratov küçəsində nömrəsiz evdə baş verib. Murad qardaşı Fuad ilə axşam yeməyi yeyərkən, sonuncuya masada olan ketçupdan istifadə tərzinə görə irad bildirməsi nəticəsində aralarında mübahisə yaranıb. Bu mübahisə zamanı Murad bıçaqla Fuada xəsarət yetirib.

Hadisəni törədən Muradın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, aprelin 3-də, saat 19:00-da evə gələrkən nənəsi Fati və qardaşı Fuad evdə olublar, anası isə işdə olub: "Nənəm həmin vaxt evdə təmizlik işləri görürdü. Nənəm məndən qonaq otağında olan çarpayının həyətə çıxarılmasında kömək etməyimi xahiş etdi. Qardaşım Fuadın köməkliyi ilə köhnə çarpayını həyətə çıxardıq. Səbəb isə çarpayının əvəzinə yeni divan sifariş verilməsi olub. Daha sonra nənəm təmizlik işlərinə davam etdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, qardaşı ilə mətbəxdə yemək yeməyə başlayıblar: "Bu vaxt yanımızda kimsə olmayıb. Stolun üzərində kolbasa, ketçup, qazlı şirin içki olub. Yemək yeyərkən qardaşım masada olan ketçupun qabını ağzına tutaraq ketçupu ədəbsiz formada ağzı ilə birbaşa formada sovurmağa başladı. Ona iradımı bildirərək, həmin ketçupdan ondan başqa şəxslərin, eləcə də özümün istifadə etdiyimi bildirdim, ağzına vurmamasını xahiş etdim. Fuad cavabında yaxşı elədiyini dedi. Mən isə əlimin tərsi ilə onun ayağına iki dəfə yavaşca şillə zərbəsi vurdum, yenidən irad bildirdim. Qardaşım Fuad mənim başıma iki dəfə şillə zərbəsi vurdu. Qardaşımdan bir yaş böyük olduğuma görə onun bu hərəkətini qəbul edə bilmədim. Nəticədə əlimdə olan və kolbasa doğradığım mətbəxdə istifadə olunan bıçaqla bir dəfə onun qarın boşluğuna zərbə vurdum. Bu vaxt səsə digər otaqda olan və təmizlik işləri görən nənəm də gəldi. Fuad mətbəxi tərk edərək əli ilə qarnını tutaraq həyətə tərəf qaçdı. Həyətdə yerə uzanaraq qışqırdı. Mən dərhal təcili tibbi yardıma zəng etdim. Bir müddət gözləsəm də, həkim gəlmədi. Piyada olaraq küçəyə çıxdım, şəhər şosesində dayanan "Opel" markalı avtomobilə yaxınlaşaraq kömək etməsini xahiş etdim. Nənəm və Fuad həmin avtomobillə xəstəxanaya getdilər. Mən evə girdim, evdə yır-yığış işləri gördüm. Fuadı vurduğum bıçağı yuyaraq təmizlədim. Sonra digər otaqda bir az uzandım. Daha sonra hava almaq məqsədilə evdən çıxdım, küçədə gəzişdim. Təxminən bir saat sonra dayım Elman zəng edərək, məni xəstəxanaya çağırdı. Mən xəstəxanaya getdim. Orada olarkən polis əməkdaşları zəng etdi və məni 12-ci Polis Şöbəsinə dəvət etdilər. Fuadı bıçaqla vurmaqda məqsədim onu qorxutmaq, xəsarət yetirmək olub. Öldürmək niyyətim isə olmayıb.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fuadın sözlərinə görə, aprelin 3-də, saat 19:00-da qardaşı Murad ilə yemək yeyərkən masada olan ketçup qabını ağzına birbaşa tutub və ketçupu ədəbsiz formada sovurduğu üçün qardaşı ona irad bildirib: "Muradın iradını qeyri-səmimi qəbul etdim. Muradın başına iki dəfə şillə zərbəsi vurdum. Qardaşım yaşca böyük olduğuna görə bunu qəbul edə bilmədi. Əlində olan və kolbasa doğradığı mətbəxdə istifadə olunan bıçaqla bir dəfə qarın boşluğuma zərbə vurdu. Bu vaxt səsə digər otaqda olan və təmizlik işləri görən nənəm gəldi. Nənəmlə birlikdə xəstəxanaya getdik. Qardaşıma qarşı şikayətim yoxdur".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Muradın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq olmaqla 3 il şərti cəza verilib.

Qeyd edək ki, Murad Vətən müharibəsinin iştirakçısıdır. O, "Vətən Müharibəsi" iştirakçısı və "Ağdamın Azad Olunmasına Görə" medalları ilə təltif edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 972   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr