Qarabağda fərdi ev tikməyə icazə verilir?
Ötən 4 il ərzində, işğaldan azad edilmiş ərazilərdə tikinti və yenidənqurma işləri sürətlə davam edir. Artıq bir sıra kənd və rayon mərkəzlərində yaşayış binaları, sosial müəssisələr və infrastruktur obyektləri vətəndaşların ixtiyarına verilib.
Azad edilmiş ərazilərin böyüklüyü və əhatə dairəsinin genişliyini nəzərə alsaq, bu işlərin hələ uzun müddət davam edəcəyi istisna deyil. Məhz bu səbəbdən, bir çox vətəndaşlar dövlətin həyata keçirdiyi layihələrə paralel olaraq, vətəndaşların və maddi imkanı yüksək olan şəxslərin də quruculuq prosesində iştirakını təklif edir. Belə olan təqdirdə, yenidənqurma işlərinin daha tez yekunlaşacağını da demək olar.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, yaxın gələcəkdə bu mərhələyə keçmək real görünür:
"Əlbəttə, dövlətin nəzarəti altında bu iş edilə bilər. Yəqin ki, yaxın gələcəkdə bu mərhələ də gələcək. İndiki məqamda dövlət başlanğıc prosesini bu cür həyata keçirir. Çox güman ki, ardınca artıq bu məsələlərdə müəyyən şəxsi təşəbbüslərin dövlətin verdiyi plan və sxem əsasında gerçəkləşməsi mümkün ola bilər. Amma indiki mərhələdə bu işi daha sistemli və nizamlı qaydada aparmaq üçün bu yol izlənilir".
Millət vəkilinin sözlərinə görə, bu addım dövlətinin yükünün azaldılması baxımından da olduqca səmərəli olar:
"Lakin yaxın gələcəkdə buna baş vurula bilər. Çünki infrastruktur tam qurulduqdan sonra, belə formada dövlətin yükünün azaldılması istiqamətini götürmək mümkündür. Bu həm də büdcədən ayrılan vəsaitlərin daha fərqli sahələrə, xüsusən də infrastruktura yönəlməsinə kömək edə bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 785 Tarix: 27 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabr