"Gəldi, amma dostlarının çiynində"

"Gəldi, amma dostlarının çiynində""Ötən gecə şəhidlərimizin ailələrinin paylaşımlarını oxuyurdum: "Bu gecənin açılmasını istəmirəm. Sabah səni əbədi itirəcəm". "Oğlumla sonuncu dəfə bu saatda danışmışdım, sabah hər şeyə hazır olmalı olduğumu dedi". "Atam mənə demişdi ki, mütləq gələcək. Gəldi, amma onu dostları çiyinlərində gətirdilər". "Oğlum, üzünü görmədiyin körpən sənsiz dil açdı...". "Mənə ağın yaraşacağını deyirdin, gəlinlikdə çox görmək istəyirdin. Amma özün ağa bürünüb gəldin, incimə, heç yaraşmadı ağ sənə...". Boğazım düyünlənir. Gözümün önünə 27 sentyabr gəlir".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Jalə Həsənli sosial şəbəkə hesabında yazıb. Anım Günü ilə bağlı paylaşım edən aparıcı 2020-ci ildə İkinci Qarabağ mührabəsinin başladığı günü efirə çıxmasını bu sözlərlə xatırlayıb:

"Tələsə-tələsə işə getməyimi, otaqdakı təlaşı, hər kəsin gözündəki narahatlığı və xəbərlərin saat 10:00 buraxılışında əks-hücuma başlamağımızla bağlı oxuduğum xəbəri xatırlayıram. Ölkədə internet məhdudlaşdırılıb xəbərini oxuduqca sanki bizi nələrin gözlədiyini daha dərindən dərk etməyə başlamışdım.

Biz xəbər otağında cəbhədən xəbər gözləyirdik, kimlərsə oğlundan, atasından xəbər gözləyirdi. Bir özləri xəbərə çevrilənlər, xəbəri də, tarixi də canlı yaşayanlar və yazanlar gözləmirdi, dayanmırdı, ancaq irəliləyirdilər. Bu yolda biri canını, başqası gözünü, bir başqası əlini, ayağını itirdi.

Amma bizi yarı yolda qoymadılar, çatdırdılar bizi Qarabağ adlı mənzilimizin başına. Günorta saatlarında, daha dəqiq desək, 14:08-də Füzulinin və Cəbrayılın kəndlərinin azad olması xəbərini çatdırdığımı xatırlayıram, gözlərim dolur, qələbə xəbərinin sevincinin, hüznünün arxasında yarım qalan həyatları gözümün qabağına gətirirəm. Boğazım düyünlənir.

Səbr diləməkdən, rəhmət oxumaqdan, onların adını yaşatmaqdan, ailələrinin könlünü xoş tutmaqdan başqa əlindən bir şey gəlmədiyini anlayır, qəhərə boğulursan.

O itirələn ayaqların, əllərin, gözlərin nuru bahasına bu gün Qarabağda addımlayırıq. Haqqınızı halal edin! Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Sevgi və hörmətlə anırıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1341   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr