Bu xəstələr üçün təhlükəli dövr - Fevrala qədər bunu etməsəniz...

Bu xəstələr üçün təhlükəli dövr - Fevrala qədər bunu etməsəniz...Ürək-damar xəstəlikləri üçün risk faktorları arasında əsas amillər siqaret, qeyri-sağlam qidalanma, genetik faktor və oturaq həyat tərzidir. Bununla belə, payız aylarında yaşanan kəskin temperatur dalğalanmaları ürək xəstələrinin qrip və pnevmoniyaya yoluxma riskini xəstə olmayanlara nisbətən 3-10 dəfə artırır.

Mütəxəssislər bu vəziyyətin ciddi riskə səbəb olduğunu dilə gətirirlər.

Həkimlər, həmçinin, yaşı 60 və daha çox olan şəxslərdə pnevmoniyaya tutulma baxımından ürək xəstələri arasında ən çox risk altında olan qrupun xroniki ürək çatışmazlığı olan xəstələr olduğunu qeyd edirlər. Bu səbəbdən xroniki ürək xəstələrinin xüsusilə oktyabr ayının sonundan əvvəl qrip və pnevmoniyaya qarşı peyvənd etmələri çox faydalıdır.

Qripdən qorunmaq üçün görülməli ilk işlərdən biri peyvənd olunmaqdır. Qrip peyvəndi hər il bir əvvəlki ildə qripə səbəb olan viruslar nəzərə alınaraq və növbəti ildə qripə səbəb olacaq viruslar proqnozlaşdırılaraq hazırlanır. Gec müraciət edən şəxslər üçün fevral ayına qədər peyvənd edilə bilər. Qrip peyvəndindən fərqli olaraq, pnevmoniya peyvəndi ilin istənilən vaxtında edilə bilər. Yetkin yaş qrupunda hər iki pnevmoniya peyvəndini (KPA-13 və PPA-23) almaq tövsiyə olunur. Əvvəllər heç vaxt sətəlcəm peyvəndi olmayan insanlar üçün əvvəlcə bir dəfə KPA-13, ən azı bir ildən sonra PPA-23 və 5 il sonra PPA-23-ün gücləndirici dozasını tətbiq etmək tövsiyə olunur./Yenisabah.az


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1379   Tarix: 29 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yüksək təzyiq və şəkərli diabet göz damarlarını zədələyə bilər

"Göz damarlarında hər hansı problem yoxdursa, bu, göz sağlamlığının göstəricilərindən biri hesab oluna bilər. Lakin yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər damarların zədələnməsinə səbəb ola bilər. Bu zaman gözdə müəyyən dəyişikliklər və şikayətlər meydana çıxa bilər". xəbər veri

9 oktyabr
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24 oktyabr
.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16 oktyabr
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25 oktyabr
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17 oktyabr
.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11 oktyabr
.

Səsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf

Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm

8 oktyabr
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20 oktyabr
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25 oktyabr