Azərbaycanda yeni evlənən cütlüklərə birdəfəlik müavinət verilə bilər - AÇIQLAMA
Evlilik elə bir prosesdir ki, xərc tələb edir. Bir çox cütlüklər evlilik sonrası müyyən çətinliklə üz-üzə qala bilir. Bu səbəbdən də yeni evlənən cütlüklərə 500 manat civarında birdəfəlik müavinət verilməsi ilə bağlı addımlar atıla bilərmi?
Sözügedən mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Üzeyir Şəfiyev danışıb.
Sosioloq açıqlamasında belə addımın atılmağının real olmadığını, bunun əvəzinə gənc ailələr dəstək olmaq üçün başqa addımların atıla biləcəyini qeyd etdi:
"Yeni evlənən cütlüklərə 500 manat civarında birdəfəlik müavinətin verilməsi bağlı təşəbbüs ağlabatan və real görsənmir. Ona görə ki, biz sözügedən məsələyə bir qədər rasional yanaşmalıyıq. Biz belə bir təşəbbüsdənsə fikirləşməliyik ki, gənclər arasında işsizliyi azaldaq, onların məşğulluq məsələlərini həll edək və mənzil-məişət şəraitinin əlçatarlığını təmin etməyə çalışaq. Yeni ailə qurmuş gənclər üçün qardaş Türkiyə Respublikasında olduğu kimi gənc ailələrə dəstək fondu yaradıla bilər. Mənzili olmayan gənclər faizsiz kreditlər götürə bilər və Türkiyədə olduğu kimi 4 ildən sonra hissə-hissə bunu güzəştli şərtlərlə ödəmək imkanına malik ola bilər. O ki, qaldı yeni ailə qurmuş gənclərə bəlli miqdarda birdəfəlik müavinətin verilməsi, bunu real saymıram. Əlbəttə, hər iki valideyinin itirmiş və ya valideyin himayəsindən məhrum gənclərin ailə qurmasına dəstək vermək olar. Ancaq bu işdə təkcə dövlət yox, həm də xeyriyəçi insanların da dəstəyinə ehtiyac var. Lap əvvədən Azərbaycanda belə bir ənənə olub ki, kimsəsiz və valideyin himayəsindən məhrum insanlara, xalqın və imkanlı şəxslər dəstək olublar. Güman edirəm ki, gənc ailələr çətinliklərin aradan qaldırılması üçün sosial dəstək layihələri ilə əhatələnə bilər. Yəni, bu sosial dəstək layihələri region gənclərinə pay torpaq verilməsi ilə bağlı ola bilər ki, onlar paytaxta axın etməsinlər. Bununla yanaşı orada şəhərə nisbətən daha əlçatan faizlərlə ipoteka kreditləri verilə bilər. Düzdü Azərbaycanda güzəştli mənzillər fondu var və gənclərin müəyyən bir kateqoriyasını əhatə edir. Daha yaxşı olar ki, bu kateqoriyaya daha çox sayda, eyni zamanda yeni ailə qurmuş gəncləri də əhatə etsin. Belə tipli addımlar atmaq olar, nəinki, yeni ailə qurmuş gənclərin hamısına birdəfəlik müavinətin verilməsi".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə