Abidin Fərzəliyev əksər tenderləri niyə bu məmurun qohumuna verir?

Abidin Fərzəliyev əksər tenderləri niyə bu məmurun qohumuna verir?Abşeron İcra Hakimiyyəti Şəfəq qəsəbəsində parkın əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderini yekunlaşdırıb.

Sonxeber.az tribunainfo.az-a istinadla xəbər verir ki, İcra Hakimiyyəti bu dəfə fə tenderi "özgə şirkət"ə verməyib.

Belə ki, 329.699,08 manat dəyərində olan işlərlər bağlı "PROQRESS İNŞAAT EN" MMC ilə satınalma müqaviləsi imzalayıb.

Qeyd edək ki, "PROQRESS İNŞAAT EN" MMC Abşerona yad şirkət deyil.

Abşeronun icra başçısı təkcə keçən ilin oktyabr-noyabr aylarında bu şirkətə 6 tender verib. Sarayda iki küçənin təmirinə 33.775,55 manat, Hökməli qəsəbəsndə iki küçənin cari təmirinə 148.564,36 manat, Aşağı Güzdək qəsəbəsidə bir yolun təmirinə 23.589,49 manat, Ceyranbatandakı Atatürk parkın əsaslı təmirinə 339.359,15 manat, 8 Noyabr Tədbirinin satın alınmasına 212.057,8 manat, Ceyranbatanda daha bir küçənin cari təmirinə isə 195.564 manat xərcləməsi bunlardan bir qismidir.

Nəzərinzə çatdıraq ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "PROQRESS İNŞAAT EN" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir.

Nizamnamə kapitalı 1000.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.

Bəs, Abşeronun icra başçısı Abidin Fərzəliyevin "Proqress İnşaat En" MMC-yə olan sevgisi haradan yaranıb və nədən qaynaqlanır?

Məlum olub ki, sözüegedən şirkətin qanuni təmsilçilərindən biri olan Eldar Şirinov heç də sıradan bir adam deyilmiş. Əksinə, onun Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi olduğu göstərilir. Elə bu halın özü kifayət edir ki, Fərəzliyev həm özü, həm də yeznə qazansın prinsipi ilə hərəkə edərək, yerlisinin yeznəsinə rayonda geniş imkanlar yaratsın.

Rafael Mehrəliyev isə odioz fiqrulardan biri sayılır. Adı müxtəlif tenderlərdə, qalmaqallı məsələlərdə, habelə korrupsiya hallarında çəkilib. Lakin onun barəsində indiyə qədər hər hansı qanuni tədbirin görülməsinə dair məlumat yoxdur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1568   Tarix: 19 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr