FHN-in sifarişləri ilə "Tərəqqi-Ş" MMC-nin apardığı təmir, tikinti işlərində nə kimi şübhəli məqamlar var

FHN-in sifarişləri ilə "Tərəqqi-Ş" MMC-nin apardığı təmir, tikinti işlərində nə kimi şübhəli məqamlar varFövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti Şamaxı rayonunda 6 ədəd və Ağsu rayonunda 1 ədəd fərdi yaşayış evlərinin bərpası üzrə keçirdiyi satınalmaların nəticələrinə dair elen verib. Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti "Tərəqqi-Ş" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 168.978,15 manat məbləğində satınalma müqaviləsinin imzalanmasını nəzərdə tutan elan 03.10.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığəmız araşdırmada o da məlum oldu ki, "Tərəqqi-Ş" MMC tenderlərdə fəal iştirak edən şirkətlərdəndir. Amma nədənsə ancaq Fövqəladə Hallar Nazirliyinə tabeli qurumlar tərəfindən keçirilmiş satınalmaların qalibi olub.

Qeyd edək ki, "Tərəqqi-Ş" MMC 2009-cu ildə dövlət qeydiyyatına alınmasına baxmayaraq açıq mənbələrdə barəsində heç bir məlumat yoxdu. MMC son üç ildə Fövqəladə Hallar Nazirliyinə tabeli qurumlar tərəfindən keçirilmiş 10 açıq tenderin qalibi olub. MMC-nin bu müddət ərzində Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətinin verdiyi son sifarişlərin bir neçəsinə diqqət yetirək.

Qusar rayonu, Kuzun kəndində 2 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi üzrə 131.183,42 manat məbləğində satınalma müqaviləsi 23.08.2024-cü ildə bağlanılıb.

Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllədə yerləşən 2 nömrəli 5 mərtəbəli yaşayış binasında bərpa işləri üzrə 197.790,33 manat məbləğində satınalma müqaviləsi 18.01.2024-cü ildə bağlanılıb.

Fövqəladə Hallar Nazirliyinin "İzotop" Xüsusi Kombinatının su təchizatının və istilik şəbəkəsinin dəyişdirilməsi işləri üzrə 79.222,44 manat məbləğində satınalma müqaviləsi 20.09.2023-cü ildə bağlanılıb.

Kürdəmir şəhəri, S.Ə.Şirvani küçəsində 1 ədəd 3 otaqlı, Hacıqabul rayonu, Nəvahi qəsəbəsində 1 ədəd 2 mərtəbəli fərdi yaşayış evlərində bərpa işləri üzrə 111.665,75 manat məbləğində satınalma müqaviləsi 29.08.2023-cü ildə bağlanılıb.

Lerik rayonunda 1 ədəd üç otaqlı fərdi yaşayış evinin tikintisi üzrə 75.040,65 manat məbləğində satınalma müqaviləsi 07.03.2023-cü ildə bağlanılıb.

Şamaxı şəhərində 6 ədəd fərdi yaşayış evlərinin bərpası üzrə 217.870,62 manat məbləğində satınalma müqaviləsi 11.08.2022-ci ildə bağlanılıb.

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1B ünvanında 5 mərtəbəli, 4 bloklu zirzəmili çoxmənzilli yaşayış binasında 30 saylı mənzildə təmir işləri və həmin çoxmənzilli yaşayış binasında və yaxınlığındakı fərdi yaşayış evlərinə dəymiş ziyan ( əlavə işlər) üzrə 96.421,84 manat məbləğində satınalma müqaviləsi 21.01.2022-ci ildə bağlanılıb.

Siyəzən rayonu Sədan kəndi ərazisində vətəndaşların qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin təcili olaraq sökülüb yenidən tikintisi üzrə 2 ədəd 2 otaqlı fərdi yaşayış evinin tikintisi üzrə 94.267,46 manat məbləğində satınalma müqaviləsi 02.12.2021-ci ildə bağlanılıb.

Şamaxı şəhərində 1 ədəd, Şamaxı rayonunun Çabanı kəndində 1 ədəd, Çarhan k-də 3 ədəd, Meysəri kəndində 1 ədəd, Şirvan kəndində 1 ədəd fərdi yaşayış evlərinin (7 ədəd) bərpası üzrə 243.084,89 manat məbləğində satınalma müqaviləsi 12.08.2021-ci ildə bağlanılıb.

Abşeron rayonunun, Xırdalan şəhəri 27-ci məhəllə, 1b saylı ünvanda yerləşən 5 mərtəbəli, 4 bloklu zirzəmili yaşayış binasının yaxınlığında yerləşmiş fərdi yaşayış evlərinə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üzrə 26.050,27 manat məbləğində satınalma müqaviləsi 12.08.2021-ci ildə bağlanılıb.

Bunlar Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti ilə "Tərəqqi-Ş" MMC arasında son üç ildə bağlanılan müqavilələrdi. Burada şübhəli məqamlar nələrdən ibarətdir? Göründüyü kimi Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Siyəzən rayonu Sədan kəndində 2 ədəd 2 otaqlı fərdi yaşayış evinin tikintisinə 94.267,46 manat, Lerik rayonunda 1 ədəd üç otaqlı fərdi yaşayış evinin tikintisinə isə 75.040,65 manat, Kürdəmirdə 1 ədəd 3 otaqlı, Hacıqabulda 1 ədəd 2 mərtəbəli fərdi yaşayış evlərində bərpa işlərinə isə 111.665,75 manat dövlət vəsaiti ayırıb. Müqayisə etdikdə nələr ortaya çıxır. Bakıdan 100-170 km aralı Kürdəmir və Hacıqabulda fərdi yaşayış evlərində bərpa işlərinə təxminən 112 min manat, Bakıdan 300 km aralı Lerikdə 1 ədəd üç otaqlı evin tikintisinə isə 75 min manat.

Göründüyü kimi Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti ilə "Tərəqqi-Ş" MMC arasında bağlanmış satınalma müqaviləsində şübhəli məqamlar çoxdur. Belə ki, satınalmanın keçirilməsi zamanı qiymətlərin süni şəkildə şişirdildiyinə yol verildiyi burada açıq aydın görsənir.

Qeyd edək ki, açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, "TƏRƏQQİ-Ş" MMC (VÖEN 1302085961) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.10.2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ƏHMƏD CƏMİL, ev 40-da yerləşir. MMC-nin qanuni təmsilçisi Yaqubov Şakir Xanbala oğludur. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Yaqubov Anar Şakir oğlu olub. MMC-nin hazırkı ünvanı isə Bakı şəh., Nərimanov ray. S. Dadaşov küç., 40-dır.

""Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu.

Göründüyü kimi FHN-in Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti son üç il ərzində "Tərəqqi-Ş" MMC ilə ümumi dəyəri təxmini hesablamalarımıza görə 1 272 592 manat olan 10 satınalma müqaviləsi bağlayıb. MMC-in 03.10.2024-cü ildə qalib elan olunduğu tenderi də bunun üzərinə gəldikdə ümumi olaraq 1 milyon yarım manat civarında dövlət vəsaiti edir. Qeyd etdiyimiz kimi maraqlı odur ki, "Tərəqqi-Ş" MMC Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətindən başqa heç bir dövlət qurumunun tenderlərində qalib olmayıb. Daha maraqlısı isə son üç ildə 1,5 milyon manat dəyərində dövlət sifarişi almış MMC-nin barəsində açıq mənbələrdə heç bir məlumatın olmamasıdır. MMC-nin nə rəsmi veb səhifəsi, nə işçi qüvvəsi, maliyyə imkanları barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır./Aktualinfo.org


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1843   Tarix: 19 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr