Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb (SƏBƏB)

Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb (SƏBƏB)Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb.

Qaynarinfo-nun məlumatına görə, 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş "AVVA LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi və baş direktoru Ramin Babayev Cinayət Məcəlləsinin 303.1-ci maddəsinin pozulmasında təqsirləndirilib və iş məhkəməyə göndərilib.

Məlum olub ki, Ramin Babayevlə bağlı cinayət işi şəriki Elçin Cavadov tərəfindən edilən şikayət əsasında açılıb. Belə ki, Nizami rayonu, Q.Qarayev prospekti, 81-ci məhəllə ünvanında yerləşən "AVVA" adlı mağazanın 1-ci mərtəbəsinin 65 kv.m olan qeyri-yaşayış sahəsində saxlanılan 631 ədəd qadın kastyumu geyim dəsti, 21 ədəd qadın vetrovkası, 211 ədəd qadın şalvarı, 25 ədəd qadın yubkası, 34 ədəd qadın köynəyi və 305 ədəd qadın koftası üzərinə həbs qoyulub. Bu, Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli qərarı ilə baş verib.

Buna baxmayaraq, iş adamı sözügedən malları 23 may 2023-cü ildə icazəsiz olaraq "166" yük daşıma xidmətinin anbarına göndərib. Həmin malları anbardan hissə-hissə götürməklə, mağazada yenidən satışını həyata keçirib.

Malların üzərinə həbs qoyulmasına səbəb iş adamı ilə şəriki Elçin Cavadov arasında yaranan 140 min manatlıq qalmaqal olub. Ramin Babayev iddia edib ki, Elçinə güvəndiyi üçün onu təsis etdiyi şirkətə direktor vəzifəsinə təyin edib. Sözügedən mağazalar şəbəkələrini onun valideyinlərinin adına rəsmiləşdirib. Təxminən 2022-ci ilin dekabr ayının sonlarında şirkətdə apardığı daxili yoxlamalar zamanı məlum olub ki, mağazada təxminən 140.000 manata yaxın pul çatışmır. Bundan sonra onların münasibətləri pozulub.

Elçin isə iddia edib ki, onun işçisi olmasına baxmayaraq, Ramin sözügedən mağazanı icarəyə götürən zaman ticarətin qurulması üçün öz avtomobilini sataraq, 35.000 manat məbləğində pul verib. Həmçinin 2021-ci ilin iyun ayında "Tarqovı"da "AVVA" mağazası yandıqdan sonra Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən özünə məxsus olan iki otaqlı evini sataraq, Raminə 20.000 manat məbləğində pul verib. 140 min manat maliyyə çatışmamazlığına görə Ramin onunla işləmək istəmədiyini deyib. O isə mağazaya 50 min manatdan artıq xərclədiyi üçün pay sahibi olmasını tələb edib. Ramin onunla razılığa gələndən sonra, həmin yeri direktor olaraq öz adından subicarə müqaviləsi bağlayaraq, anası Şövkət Cavadovaya icarəyə verib.

Ramin isə icarə müqaviləsini ləğv edərək, pos-terminalları Elçinin anasının adından çıxararaq, həyat yoldaşının adına rəsmiləşdirib. Elçin bundan qəzəblənərək onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Neftçilər metrostansiyasının yaxınlığındakı "AVVA" adlı mağazanın birinci mərtəbəsində olan malların üzərinə həbs qoyulub. Buna baxmayaraq, iş adamı həmin malları oradan icazəsiz çıxardığı üçün barəsində cinayət işi açılıb.

O da məlum olub ki, "Sədərək" və "Binə" ticarət mərkəzlərindən mənşəyi bilinməyən müxtəlif növ qadın geyim malları alınaraq, həmin mağazanın birinci mərtəbəsində satılırmış.

Məhkəmənin qərarı ilə iş adamı Ramin Babayev Cinayət Məcəlləsinin 303.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1200 manat məbləğində cərimə edilib.

"AVVA" mağazalar şəbəkəsinin rəhbəri Ramin Babayev Qaynarinfo-ya açıqlamasında faktı təsdiqləyib. O deyib ki, artıq Elçin Cavadovla aralarında barışıq əldə olunub:

"Biz yenidən birlikdə çalışırıq. Elçin mənim işçim olub və aramızda belə anlaşılmazlıq yaranıb. İnşallah yenidən problemimiz olmaz".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1503   Tarix: 26 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr