Yazda tozcuqlara qarşı allergiyanın qarşısını necə almaq olar? - Rusiyalı həkimdən sadə üsullar

Yazda tozcuqlara qarşı allergiyanın qarşısını necə almaq olar? - Rusiyalı həkimdən sadə üsullarBir neçə sadə qaydaya əməl etməklə polenlə (müxtəlif bitkilərdən yayılan tozcuqlar) kontaktı azaltmaq və allergiyanı nəzarət altına almaq mümkündür.

Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı allerqoloq-immunoloq, tibb elmləri namizədi, ekspert İrina Manina "Lenta.ru"ya müsahibəsində danışıb.

Əsasən bahar aylarında müşahidə olunan allergiya mövsümündə həkimin ilk tövsiyəsi xüsusi onlayn xidmətlərdən istifadə etməklə, havadakı polen konsentrasiyasına nəzarət etməkdir. Onun sözlərinə görə, əgər polen səviyyəsi yüksəkdirsə, o zaman zərurət olmadıqca çölə çıxmaqdan çəkinmək ən yaxşısıdır.

Allergenlərlə təması azaltmaq üçün İrina Manina saçları arxaya yığmaq və ya baş geyimləri taxmağı məsləhət görüb. Bu, polenin saçınıza çökməsinin qarşısını almağa kömək edəcək. Çünki saçlara çökən polenlər hərəkət etdiyiniz zaman selikli qişaya nüfuz edir.

Çiçəkləmə dövründə gözlərinizi qorumaq da eyni dərəcədə vacibdir.

"Həkimlər allergiyası olan insanlara günəş eynəyi taxmağı və kontakt linzalardan istifadə etməməyi tövsiyə edirlər. Qıcıqlanan selikli qişalar daha həssas olurlar və linzalar vəziyyəti daha da pisləşdirə bilər", - deyə həkim qeyd edib.

Daha bir sadə, amma effektiv müdafiə üsulu da maskadır. Bu, polenin (tozcuqların) burun keçidlərinə daxil olmasının qarşısını alan mexaniki baryerdir. Hər iki-dörd saatdan maskanı dəyişmək lazımdır.

Nəhayət, İrina Manina allergiya dövründə rasionu tənzimləməyi və alma, armud, qoz-fındıq, çiy yerkökü, kartof, yulaf, kvas, pivə və bal kimi qidaları rasiondan çıxarmağı tövsiyə edib, çünki onlar simptomların intensivliyini artıra bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1081   Tarix: 03 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?

Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində

29 oktyabr
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24 oktyabr
.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12 oktyabr
.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16 oktyabr
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25 oktyabr
.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13 oktyabr
.

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml

30 oktyabr
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26 oktyabr
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25 oktyabr