Bu şəxslər üçün viza tələbi ləğv edilir
Milli Məclis Azərbaycan və Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin vizadan azad edilməsi haqqında sazişi ratifikasiya edib.
Trend xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
"Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi haqqında qanun layihəsi səsə qoyularaq bir oxunuşda təsdiqlənib.
Bildirilib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş" 2025-ci il martın 12-də Bakı şəhərində imzalanıb.
Saziş dövlətlər arasında dostluq münasibətlərinin inkişafını təşviq etmək üçün hər iki dövlətin etibarlı diplomatik və xidməti/rəsmi pasport sahibləri olan vətəndaşlarının giriş, çıxış və hərəkətini asanlaşdırmaq məqsədinə xidmət edir.
Sazişə əsasən, razılığa gələn bir tərəfin dövlətinin etibarlı diplomatik və xidməti/rəsmi pasporta malik vətəndaşları viza əldə etmədən razılığa gələn digər tərəfin dövlətinin ərazisində hər giriş tarixindən etibarən 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə daxil ola, tranzit keçə, oradan çıxa və orada qala bilərlər.
Müvafiq diplomatik nümayəndəlikdə, konsulluqlarda və ya beynəlxalq təşkilat yanında akkreditə edilmiş daimi missiyada öz vəzifələrini yerinə yetirmək üçün bir tərəfin dövlətinin ərazisinə daxil olan və etibarlı diplomatik və xidməti/rəsmi pasportlara malik olan digər tərəfin dövlətinin vətəndaşları, habelə onların ailə üzvləri qəbul edən ölkənin Xarici İşlər Nazirliyində akkreditə edilirlər. Bu Saziş diplomatik nümayəndəliklərin və konsulluqların etibarlı diplomatik və xidməti/rəsmi pasportlara malik üzvlərini, eyni zamanda digər tərəfin ərazisində yerləşən beynəlxalq təşkilatların nümayəndələrini, həmçinin onların ailə üzvlərini onları qəbul edən dövlətdə akkreditasiya üçün qoyulan viza tələbindən azad etmir. Həmin şəxslər akkreditasiya olunandan sonra təyinat müddəti ərzində qəbul edən dövlətin ərazisinə vizasız daxil ola, oradan tranzit keçə, orada qala və oranı tərk edə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR