İnsanlar yuxuda niyə danışır?

İnsanlar yuxuda niyə danışır?Yuxuda danışmaq, istər bir sözlə, istərsə də uzun cümlələrlə olsun, göründüyündən daha geniş yayılmış bir haldır. Ancaq bu qədər tez-tez baş verməsinə baxmayaraq, alimlər hələ də onun səbəbini tam aydınlaşdıra bilməyiblər.

Sonxeber.az xəbər verir ki, çox vaxt yuxuda danışmağın konkret səbəbi olmur. Əgər kimsə sizə yuxuda danışdığınızı deyibsə, narahat olmağa ehtiyac yoxdur: çünki tək deyilsiniz.

Tədqiqatlar göstərir ki, hər üç nəfərdən ikisi həyatında ən azı bir dəfə yuxusunda danışıb. Bu göstərici uşaqlarda daha yüksəkdir, çünki onların inkişaf prosesi davam etdiyi üçün yuxu ilə oyanıqlıq arasındakı keçid dalğalı ola bilər. Bundan əlavə, uşaqlar REM yuxu fazasında daha çox vaxt keçirir. Digər parasomniya növlərində olduğu kimi, yuxuda danışma da zaman-zaman bu fazanın təbii hissəsi kimi özünü göstərə bilər.

Böyüklərdə isə yuxuda danışma daha nadirdir. Təxminən hər 20 böyükdən biri vaxtaşırı bu halı yaşayır. Nisbətən aşağı görünsə də, tamamilə istisna hal sayıla bilməz.

Bəzi psixoloji amillər yuxuda danışma riskini artıra bilər: narahatlıq pozuntuları, depressiya və ya travmadan sonrakı stress pozuntusu bunlar arasındadır. Lakin mütəxəssislərə görə ən mühüm faktor genetika faktıdır. Ailədə yuxuda danışma, dişləri gıcırdatma, qorxulu yuxular görə və ya lunatiklik kimi əlamətlər varsa, sizdə də oxşar davranışların görünmə ehtimalı artır. Stress də təkan verən amillərdən biridir. Beyin gündəlik həyatın təzyiqlərindən yorulduqda, yuxuya keçid çətinləşə bilər. Bundan əlavə, yüksək qızdırma, spirtli içkilər, bəzi antidepressanlar, astma dərmanları və ya yuxu dərmanları da bu hala səbəb ola bilər.

Ümumiyyətlə, yuxuda danışma zərərsiz sayılır və nə insanın öz yuxusuna, nə də ümumi sağlamlığına ciddi təsir göstərmir. Ancaq bəzi hallarda, altda yatan digər yuxu pozuntularına işarə edə bilər. Xüsusilə lunatikliklə birlikdə müşahidə edilirsə və ya REM davranış pozuntusu (RDB) kimi xəstəliklərlə əlaqəli olarsa, riskli hallar yarana bilər. RDB sadə danışıqlarla başlayaraq, zamanla qışqırma, hərəkət etmə və ya fiziki ziyan vura biləcək davranışlara çevrilə bilər.

Hal-hazırda yuxuda danışmanı tamamilə aradan qaldıracaq dəqiq bir müalicə üsulu yoxdur. Çünki bu halın səbəbi hələ də tam aydın deyil. Lakin mütəxəssislər yuxu rejiminə riayət etməyin əlamətləri yüngülləşdiyini deyir. Hər gün eyni saatda yatmağa çalışmaq, axşam saatlarında kofeindən çəkinmək, ekranlardan uzaq durmaq, balanslı qidalanmaq və idman etmək yaxşı bir başlanğıc ola bilər. Əgər bütün bu tədbirlərə baxmayaraq səhərlər yenə də yorğun oyanırsınızsa, mütəxəssisə müraciət etmək faydalı olar.

Serial və filmlərdə tez-tez rast gəlinən "yuxuda danışan insanların sirlərini açıb qoyduğu" səhnələr isə elmi cəhətdən real deyil. 2017-ci ildə aparılan bir tədqiqatda 200-dən çox insanın təxminən 900 yuxuda danışma yazısı təhlil edilib. Nəticələr göstərdi ki, danışıqların üçdə ikisi əslində heç söz də ehtiva etmirdi. Başa düşülən ifadələrin çoxu "yox" kimi qısa cavablar, suallar və bəzən söyüşlərdən ibarət idi. Yəni bu monoloqlar daha çox şüursuz mübahisəyə bənzəyir.

Üstəlik, bu danışıqların məzmunu nə danışan tərəfindən xatırlanır, nə də dinləyənlər tərəfindən aydın şəkildə başa düşülə bilir. Buna görə də yuxuda danışmanın sirləri açdığına dair inam, əslində reallıqdan çox bir əfsanəyə əsaslanır.(qaynarinfo)


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1410   Tarix: 19 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28 oktyabr
.

Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır

Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları

23 oktyabr
.

Rusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMA

Rusiyada vəba ilə bağlı yayılan məlumatlar fonunda xəstəliyin yayılma yolları və insan sağlamlığı üçün yarada biləcəyi risklər yenidən gündəmə gəlib. Vəba əsasən çirkli su və qida vasitəsilə yayılan, ağır ishal və qusma nəticəsində sürətli susuzlaşmaya səbəb ola bilən infeksiyadır. Ümumdünya Səhiyy

7 oktyabr
.

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb

8 oktyabr
.

Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?

Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy

8 oktyabr
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30 oktyabr
.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13 oktyabr
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

9 oktyabr