Ağrıkəsicilərdən tez-tez və nəzarətsiz istifadə hansı sağlamlıq problemlərinə yol aça bilər? - AÇIQLAMA

Ağrıkəsicilərdən tez-tez və nəzarətsiz istifadə hansı sağlamlıq problemlərinə yol aça bilər? - AÇIQLAMA"Ağrıkəsicilər ağrı və narahatlığın aradan qaldırılmasında effektiv vasitələr hesab olunsa da, onların həddindən artıq istifadəsi orqanizm üçün risklidir. Xüsusilə qeyri-steroid iltihabəleyhinə dərmanlar - İbuprofen, Aspirin, eləcə də diklofenak və ketonal kimi preparatlar tez-tez istifadə edildikdə mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Bu zaman mədə xorası, qastrit və daxili qanaxma riski artır. Digər geniş yayılmış ağrıkəsici olan Parasetamol isə həddindən artıq qəbul edildikdə qaraciyərin ciddi zədələnməsinə gətirib çıxara bilər. Xüsusilə spirtli içki qəbul edən şəxslərdə bu risk daha yüksəkdir".

Bu sözləri Sonxeber.az-a Tibb üzrə fəlsəfə doktoru, həkim Ramin Qasımov danışıb.

Ağrıkəsicilərdən tez-tez və nəzarətsiz istifadə hansı sağlamlıq problemlərinə yol aça bilər? - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, bəzi ağrıkəsicilər böyrəklərə qan axınını azaldaraq onların funksiyasını poza bilər. Bu isə xroniki böyrək xəstəliyi və ya kəskin böyrək zədələnməsi ilə nəticələnə bilər:

"Daha təhlükəli qrup hesab olunan opioid tərkibli ağrıkəsicilər isə yüksək asılılıq riski daşıyır. Bu dərmanların uzunmüddətli istifadəsi tolerantlıq yaradır, yəni eyni təsiri əldə etmək üçün daha yüksək dozalar tələb olunur. Nəticədə fiziki və psixoloji asılılıq formalaşa bilər. Həmçinin yüksək dozada qəbul edildikdə tənəffüsün zəifləməsi və hətta ölüm riski yaranır.

Paradoksal hal kimi, ağrıkəsicilərin həddindən artıq istifadəsi ağrıya həssaslığın artmasına - hiperaljeziyaya səbəb ola bilər. Bu zaman ağrılar daha da güclənir və dərmanlara ehtiyac artır.

Ağrıkəsicilərdən istifadə zamanı tövsiyə olunan dozalara ciddi riayət etməyi vacib sayılır. Dərmanların istifadəsinə başlamazdan əvvəl mütəxəssislə məsləhətləşmək, mümkün yan təsirləri izləmək və alternativ üsullardan - fizioterapiya, masaj, akupunktur kimi metodlardan istifadə etmək tövsiyə olunur.

Sağlam həyat tərzi - düzgün qidalanma, müntəzəm fiziki aktivlik və keyfiyyətli yuxu da ağrıkəsicilərə olan ehtiyacı azaltmağa kömək edir. Sağlamlıqla bağlı hər hansı problem yarandıqda vaxt itirmədən həkimə müraciət etmək ciddi fəsadların qarşısını almaqda mühüm rol oynayır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1153   Tarix: 17 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

Oftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir

"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"

9 oktyabr
.

Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?

Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy

8 oktyabr
.

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav

7 oktyabr
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26 oktyabr
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

Spirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB

"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca

9 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr