İki peşə üzrə çalışan insanların Altsheymer xəstəliyinə tutulma riski ən aşağıdır

İki peşə üzrə çalışan insanların Altsheymer xəstəliyinə tutulma riski ən aşağıdırƏksər insanlar uzun və sağlam ömür üçün düzgün qidalanma və idmanı əsas hesab edir. Lakin araşdırmalar göstərir ki, digər amillər, o cümlədən peşə fəaliyyəti də beyin sağlamlığına təsir edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Your Tango" yazır.

Yeni tədqiqatlara əsasən, iki konkret peşədə çalışan insanların yaşlı dövrdə Altsheymerxəstəliyindən ölüm riski daha aşağı ola bilər. Bu nəticə qəribə görünsə də, izahı beynin işləmə mexanizmləri ilə əlaqələndirilir.

Belə ki, Mass General Brigham tərəfindən aparılan araşdırma taksi sürücüləri və təcili yardım maşını sürücüləri arasında Altsheymer xəstəliyinə daha az rast gəlindiyini müəyyən edib. Tədqiqatçılar 8 972 221 ölüm haqqında şəhadətnaməni təhlil edərək ölüm səbəblərini şəxslərin ömür boyu əsas peşələri ilə müqayisə ediblər.

"Taksi sürücüləri və təcili yardım sürücüləri daim dəyişən marşrutlarda hərəkət edir, operativ qərarlar qəbul edir və ətraf mühitin xəritəsini yaddaşda qurub yeniləyirlər", deyə materialda qeyd olunur.

Məlumatlar 2020-ci ilin əvvəlindən 2022-ci ilin sonuna qədər ABŞ əhalisinin 98 faizini əhatə edən ölüm qeydlərindən toplanıb. Təhlil edilən şəxslərdən 348 328 nəfər Altsheymer xəstəliyindən dünyasını dəyişib. Tədqiqat nəticələri bu peşələrin xəstəliyin qarşısını birbaşa aldığı anlamına gəlmir, lakin müəyyən oxşarlıqların olduğu vurğulanır.

Tədqiqatçılardan doktor Vişal Patel bildirib ki, beynin məkan oriyentasiyası və "koqnitiv xəritə" yaratmaqla bağlı hissəsi Altsheymer proseslərində də iştirak edir.

Buna uyğun olaraq, hipokampusla əlaqə ola bilər. Bu beyin sahəsi qısa müddətli yaddaşı uzunmüddətli yaddaşa çevirir, məkan yaddaşını və şifahi yaddaşı dəstəkləyir. Altsheymer xəstəliyində də ilk zədələnən bölgələrdən biri hipokampusdur.

Tədqiqatçı doktor Anupam Cen qeyd edib ki, taksi və təcili yardım sürücülərinin qeyri-müəyyən marşrutlara uyğunlaşması onların yaddaş və naviqasiya bacarıqlarını gücləndirə bilər.

Bunun əksinə olaraq, avtobus sürücüləri, gəmi kapitanları və pilotlar əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət etdikləri üçün bu qədər güclü naviqasiya yükü yaşamırlar.

Eyni zamanda qeyd olunur ki, Altsheymerə genetik meyilli insanların bu cür yüksək yaddaş tələb edən peşələri daha az seçməsi də mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 479   Tarix: 17 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

Oftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir

"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"

9 oktyabr
.

Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?

Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy

8 oktyabr
.

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav

7 oktyabr
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26 oktyabr
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

Spirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB

"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca

9 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr