Uşaqlar niyə tez-tez xəstələnir? - Özbaşına vitamin vermək olmaz

Uşaqlar niyə tez-tez xəstələnir? - Özbaşına vitamin vermək olmazUşaqların sağlam böyüməsi və hərtərəfli inkişafı onların gündəlik qidalanma rejimi ilə birbaşa bağlıdır. Erkən yaşlardan formalaşan düzgün qidalanma vərdişləri yalnız fiziki inkişafı deyil, həm də zehni fəaliyyətin güclənməsini, immun sisteminin möhkəmlənməsini və gələcəkdə sağlam həyat tərzinin əsasını təşkil edir.

Valideynləri ən çox düşündürən məsələlərdən biri uşağın kifayət qədər qidalanıb-qidalanmadığını necə müəyyən etməkdir. Bununla yanaşı, hansı vitamin və mineralların çatışmazlığının daha çox rast gəlindiyi, əlavə vitaminlərin nə zaman və hansı hallarda verilməli olduğu da aktual suallar sırasındadır. Bəzən isə həkim məsləhəti olmadan əczanədən alınan vitaminlərin istifadəsi kimi riskli yanaşmalar da gündəmə gəlir.

Bəs görəsən, uşağın qidalanmasının kifayət qədər olub-olmadığını necə müəyyən etmək olar?, Uşaqlarda hansı vitamin və mineralların çatışmazlığı daha çox rast gəlinir?, Əlavə vitaminlər (məsələn, D vitamini, dəmir) nə zaman verilməlidir? Həkimsiz, əczanədən vitamin alıb, qəbul etmək doğrudur?
Həkim-pediatr Şəlalə Poluxova Lent.az-a açıqlamasında bildirib ki, uşaqlarda qidalanmanın kifayət qədər olub-olmaması bir neçə meyara əsasən dəyərləndirilir:

Boy uzadan qida əlavələri - Faydadan çox ziyanı var

"Pediatr tərəfindən körpəlikdən 18 yaşa qədər uşaqların inkişafı persentil cədvəlinə uyğun olaraq uşağın boyu, çəkisi izlənilir. Əgər uşağın persentil cədvəlində stabil formada artım varsa, fiziki inkişaf geriləmirsə, boy, çəki, eləcə də, baş çevrəsinin ölçüləri normadadırsa, bu zaman uşağın qidalanmasını kafi qiymətləndirmək olar. Ancaq çəki artımında geriləmə varsa, əlavə meyarlar da araşdırılmalıdır.

İkinci növbədə əsas məsələ uşağın qidalanma anamnezidir. O gündə neçə dəfə yemək yeyir, tərkibi zülalla, dəmirlə zəngin olan qidalardan istifadə edirmi, meyvə-tərəvəzlər qəbul edirmi, onun qidasında faydalı karbohidratlar varmı? bunlara baxılmalıdır. Bəzən uşaqlar həddindən artıq süd məhsullarından istifadə etdikdə də, dəmir çatışmazlığı riski yarana bilir.

Uşaq oyun oynama yaşlarında aktivdirsə, oynamağa maraqlıdırsa, süstlüyə meyilli deyilsə, tez-tez yorulmursa, saç tökülməsi, dərisində problemlər, eləcə də solğunluq yoxdursa, bu halda çox da narahat olmağa dəyməz".

Pediatr uşaqlarda rast gəlinən vitamin və mineral çatışmazlıqlarından da bəhs edib:

"Uşaqlarda əsasən, qan azlığı (anemiya), dəmir defisiti, vitamin D, bəzən də B12 çatışmazlığı kimi əlamətlərə rast gəlinir. Buna görə də mütləq laborator analizlərə nəzər yetirməliyik. Mikroelement çatışmazlıqlarından ən geniş yayılanı dəmirdir. Ölkəmizdə də dəmir çatışmazlığına çox rast gəlinir. Bunun əsas səbəbi kifayət qədər dəmirlə zəngin qidaların qəbul edilməməsidir. Bəzi hallarda isə dəmirlə zəngin qidalar qəbul edilsə belə, uşaqlarda sovrulma problemləri olur. Belə olduqda, artıq anemiya formalaşır, bu isə inkişafın zəifləməsi ilə özünü göstərir.

D vitamini çatışmazlığı günəşlə təmas az olan ölkələrdə bu yaranır. Bu hal körpələrdə bu raxit riski ilə birbaşa əlaqəlidir. Böyük uşaqlarda isə immumetetin zəifliyi və tez-tez xəstələnmə ilə özünü göstərir. Bəzən uşaqlarda A vitamini, Sink çatışmazlığı da ola bilir.

Uşaqlara vitamin və mineral əlavələri profilaktik və yaxud da müalicə məqsədi ilə təyin oluna bilər. D vitamini doğuşdan 2 yaşa qədər gün ərzində 400-500 vahid olmaqla uşaqlara profilaktik olaraq verilir. Günəşə az çıxan uşaqlarda bu profilaktik tədbir daha uzun müddəti əhatə edə bilər.

Dəmir isə xüsusən risk qruplarına daxil olan uşaqlara profilaktik olaraq verilir. Erkən doğulan uşaqlara ikinci aydan, vaxtında doğulmuşlarda isə dördüncü aydan etibarən dəmir qəbuluna başlanıla bilər.

Digər vitaminlər bəzi ölkələrdə proqram halında verilir, bizdə isə körpəyaşlarından etibarən dəmir və D vitamini qəbuluna profilaktik olaraq başlanılır".

Bəs görəsən, hansı qidalar mütləq uşaqların gündəlik rasionda olmalıdır? Sağlam qidalanma vərdişlərini uşaqlara necə aşılamaq olar? Məktəb bufetləri üçün ən yaxşı alternativ qidalar hansılardır?

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, immun sistemi, vitamin və mineral dəyəri aşağı olan insanlar və azyaşlılar, əsasən də məktəblilər mütləq sağlam qidalanmalıdırlar:

"Düzgün qidalanmayan uşaqlar mövsümi xəstəliklərə yoluxmaqla yanaşı, gün ərzində yorğun, enerjisiz, dərslərdə diqqətsiz olurlar. Səhərdən, günortaya qədər dərsdə olan uşaqlar günortadan axşama kimi məktəbdə oxuyanlardan daha çox həssasdırlar. Çünki səhər erkən saatlarda oyanan şagirdlər bəzən heç bir qida qəbul etmədən dərsə gedirlər və saat 10-11 aralığında hansısa paketlənmiş qidalardan alıb, istifadə edirlər. Bu qidaların tərkibində həm kimyəvi qatqı maddələri, həm də konservantlar mövcuddur. Bu isə inkişafa heç bir fayda vermir. Mənşəyi bəlli olmayan fəst-fudlar isə ac orqanizmi məhv edir. Yaxşı olar ki, məktəblilərin sağlamlığını qorumaq üçün səhər yeməyində zülalla zəngin qidalar, yumurta, süd məhsulları əlavə edilsin. Karbohidrat olaraq, gün ərzində bir ovucu keçməyəcək dərəcədə çərəzlərin qəbuluna yer verilməlidir. İçki olaraq sudan istifadə daha məsləhətdir. Su toksinlərin atılmasında, qidaların parçalanmasında böyük rol oynayır. Gün ərzində yetəri qədər təbii su içməyən şagirdlərdə daha çox rəngli, qazlı, şəkərli içkilərə meyillilik olur. O içkilər isə qanda şəkər miqdarının sürətlə artmasına və enməsinə səbəb olur. Bu dəyişkənlik orqanizmdə aclıq hissini yaradır. Ac hiss edən uşaq isə zərərli qidalar qəbul edir.

Qazlı içkilərin tərkibində istifadə olunan süni rəngləndiricilər və natrium benzoat maddəsi birbaşa mərkəzi beyin sistemini sıradan çıxarır. Bunun nəticəsində yaddaşsızlıq, diqqətsizlik və altsheymer xəstəliyi yarana bilər. Ona görə sudan istifadə daha məsləhətlidir. Enerji qəbulu üçün suyun içərisinə limon, nanə kimi dadlandırıcılar əlavə edərək dadlı içkilər hazırlamaq olur. Bunlarla yanaşı mövsümi, yerli meyvə-tərəvəzlərin gün ərzində qəbulu tövsiyə olunur.

Səhər normal qidalana bilməyənlər mənşəyi bəlli olmayan qidalardan çəkinməlidirlər.

Qida qəbulu ilə yanaşı yuxu rejimi də uşaqların inkişafında xüsusi rol oynayır. Hər gün axşam saat 11-dən etibarən 6-7 saat kəsintisiz yatmaq immun sisteminin güclənməsinə, həzmin yaxşılaşmasına gətirib, çıxarır. Gec saatlara qədər oyaq qalan uşaqlarda ya iştahsızlıq ya da həddindən çox yemək yemə istəyi yaranır. Bu isə hormonal balansın pozulması ilə nəticələnir.

Eyni zamanda həftədə 2-3 dəfə fiziki aktivliklə məşğul olmaları uşaqların inkişafında müsbət rol oynayır. Davamlı olaraq fiziki aktivliklə məşğul olan insanlarda hormonlar balansda qalır. Bu isə xoşbəxtlik, gümrahlıq kimi hisslərə səbəb olur".

Yazı Medianın İnkişafı Agentliyinin "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda dərc olunub.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 558   Tarix: 03 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

Oftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir

"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"

9 oktyabr
.

Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?

Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy

8 oktyabr
.

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav

7 oktyabr
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26 oktyabr
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

Spirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB

"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca

9 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr