Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun!
Hipertoniya çox zaman baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərsə də, mütəxəssislər xəstəliyin uzun müddət gizli şəkildə inkişaf edə biləcəyi barədə xəbərdarlıq edirlər.
Milli.Az xəbər verir ki, kardiologiya mütəxəssisi Bünyamin Yavuz bildirib ki, yaşlılıq, stress, oturaq həyat tərzi və həddindən artıq duz istifadəsi hipertoniyanın əsas risk faktorları sırasındadır.
Onun sözlərinə görə, uzun müddət yüksək təzyiq ürəyin daha çox işləməsinə səbəb olur və zamanla ürək əzələsinin qalınlaşmasına gətirib çıxarır. Bu isə ürək çatışmazlığı, infarkt və insult riskini artırır.
Mütəxəssis vurğulayıb ki, hipertoniya yalnız ürəyə deyil, damar sistemi, böyrəklər, beyin və gözlərə də ciddi təsir göstərə bilər. Xəstəliyin çox vaxt simptomsuz keçdiyini deyən Yavuz, yetkin şəxslərin qan təzyiqini ildə ən azı bir dəfə ölçdürməsinin vacib olduğunu bildirib.
Həkimlər həmçinin sağlam qidalanma, duzun azaldılması, müntəzəm fiziki aktivlik, stressin idarə olunması və siqaretdən uzaq durmağın hipertoniya riskini azaltmağa kömək etdiyini qeyd edirlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Günorta yatmaq üçün ən yaxşı vaxt nə zamandır?
Günorta yeməyindən sonra bir çox insanda diqqət azalır, yuxululuq yaranır və gündəlik işləri yerinə yetirmək çətinləşir. Belə hallarda əlavə bir fincan qəhvə içmək əvəzinə qısa müddət yatmaq daha faydalı ola bilər. -ın xəbərinə görə, lakin mütəxəssislər bildirirlər ki, bunun üçün düzgün vaxt seçmək vacibdir
30 avqustMədə şişkinliyinə qarşı bunları edin
Şişkinlik, həzmsizlik və mədə ağrıları qeyri-sağlam qidalanmanın ən mühüm əlamətləridir. Mütəxəssislər şişkinlik və həzmsizlik zamanı bəzi qidaların dərhal istehlak edilməsi lazım olduğunu bildirirlər. Bu qidalar şişkinliyi dərhal aradan qaldırır. Onu istehlak etdiyiniz andan işləyir və həzmi asanlaşdırır
29 avqustAlimlər mədəaltı vəzi xərçəngixəstəliyinin müdafiəsi üsulunu kəşf etdilər
Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. -ın məlumatına görə, tədqiqatın nəticələri "JCI Insight"da dərc edilib. IL1RAP iltihab siqnalında iştirak edir, şi
13 sentyabrDəyişkən hava şəraitində xəstələnməmək üçün nələrə diqqət edək? - AÇIQLAMA
Son günlər havanın tez-tez dəyişməsi, temperaturun kəskin enib-qalxması və küləkli hava orqanizmin uyğunlaşma prosesini çətinləşdirə bilər. Belə dövrlərdə xüsusilə soyuqdəymə, virus infeksiyaları, allergik reaksiyalar və xroniki tənəffüs xəstəliklərinin əlamətləri daha çox müşahidə olunur. Bəs dəyişkə
8 sentyabrİltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi
Xroniki iltihab diabet, ürək-damar xəstəlikləri və artritlə əlaqələndirilir. Diyetoloq Bonni Taub-Diks "Good Housekeeping"ə açıqlamasında bildirib ki, adi bir fincan çay tərkibindəki faydalı maddələr sayəsində sağlamlığı dəstəkləməyin sadə və dadlı üsuluna çevrilə bilər. Qaynarinfo xəbər veri
11 sentyabrÜrək üçün faydalı olan 6 dəniz məhsulu
Ürək sağlamlığından narahat olan şəxslər qida rasionuna bəzi dəniz məhsullarını əlavə edə bilərlər. Dəniz məhsulları omeqa-3 yağ turşuları ilə zəngindir. Lakin bəzi növlər ürək sağlamlığı baxımından digərlərindən daha faydalı hesab olunur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" kardioloql
14 sentyabrBədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Həkimdən xəbərdarlıq
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur?. -ın xəbərinə görə, bu barədə rusiyalı həkim-hematoloq Mixail Antoşin RT nəşrinə müsahibəsində danışıb. O, göyərmələrin təhlükələri barədə xəbərdarlıq edib. Mixail Antoşinin sözlərinə görə, göyərmələrlə birlikdə yüksək qanaxmanın digər əlamətləri də ortay
6 sentyabrZülalı günün hansı vaxtında qəbul etmək daha faydalıdır: Səhər, yoxsa axşam?
Pəhrizinə və bədən quruluşuna nəzarət edən insanlar axşam yeməyinin mütləq zülallı olmalı olduğunu düşünürlər. Bəzi fitnes məşqçiləri və diyetoloqlar da bu fikri dəstəkləyirlər. Lakin bu yanaşma heç də həmişə doğru deyil. Qaynarinfo xəbər verir ki, mütəxəssislər zülalın nə vaxt daha yaxşı mənimsənildiyin
4 sentyabr