Hər şey bir anda dəyişir: Qocalmanın bilinməyən tərəfi - Ən kritik iki yaş..
Alimlər qocalma prosesinin düşünüldüyü kimi yavaş və sabit şəkildə getmədiyini üzə çıxarıb. Yeni araşdırmaya görə, insan orqanizmi xüsusilə iki kritik yaşda sanki bioloji "qırılma" yaşayır.
Qaynarinfo xəbər verir ki, qocalmanın yavaş gedən təbii bir proses olduğu qəbul edilirdi. Lakin yeni araşdırma göstərir ki, insan bədəni müəyyən yaşlarda qəfil bioloji dəyişiklik mərhələsinə daxil olur. Alimlərə görə xüsusilə iki yaş aralığı orqanizmdə dramatik dəyişikliklərin başladığı kritik hədlər kimi önə çıxır.
İlk böyük qırılma
"Science Alert"in məlumatına görə, Stanford Universitetində genetik mütəxəssis Maykl Snayderin rəhbərliyi ilə aparılan araşdırmada insan bədəninin həyat boyu iki böyük molekulyar dəyişiklik dalğasından keçdiyi müəyyən edilib. İlk böyük qırılma orta hesabla 44 yaş ətrafında baş verir, ikinci kəskin dəyişiklik isə 60 yaşlardan sonra müşahidə olunur.
Ani sıçrayışlar meydana gəlir
Alimlər bildirir ki, qocalma xətti və sabit şəkildə irəliləmir, əksinə müəyyən dövrlərdə orqanizmin bioloji quruluşunda ani dəyişikliklər baş verir. Bu mərhələdə təkcə xarici görünüş deyil, hüceyrə səviyyəsindən metabolizmə qədər bir çox sistem eyni vaxtda dəyişməyə başlayır.
Tədqiqat çərçivəsində 25-70 yaş aralığında olan 108 könüllü uzunmüddətli olaraq izlənilib. Müntəzəm nümunələr üzərində RNT, zülallar, lipidlər və bağırsaq mikrobiomu daxil olmaqla 135 mindən çox bioloji xüsusiyyət təhlil edilib.
Kəskin dəyişikliklər təsbit edilib
Toplanan məlumatlar göstərib ki, Altsheymer və ürək-damar xəstəlikləri kimi qocalma ilə bağlı risklər tədricən yox, müəyyən yaş hədlərindən sonra qəfil artır. Təhlil edilən molekulların təxminən 81 faizində bu iki kritik yaş dövründə kəskin dəyişikliklər qeydə alınıb.
44 yaş ətrafında baş verən ilk böyük qırılmada xüsusilə spirt, kofein və yağ metabolizması ilə bağlı molekullarda ciddi dəyişikliklər müşahidə edilib. Eyni dövrdə dəri və əzələ quruluşunda da sürətli dəyişikliklər baş verir.
Yeni bioloji mərhələ
Alimlər əvvəlcə bu prosesin qadınlarda menopauza ilə əlaqəli ola biləcəyini düşünmüşdülər. Lakin kişilərdə də oxşar dəyişikliklərin müşahidə edilməsi bunun yalnız hormonal səbəblərlə izah olunmadığını göstərib.
60 yaş ətrafında başlayan ikinci dalğada isə immun sistemi, karbohidrat mübadiləsi və böyrək funksiyaları kimi həyati sistemlərdə mühüm dəyişikliklər qeydə alınıb.
Mütəxəssislərə görə bu araşdırma yaşlanmanın yalnız təqvim yaşı ilə ölçülmədiyini, insan orqanizminin müəyyən dövrlərdə yeni bioloji mərhələyə keçdiyini göstərir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24 oktyabrÜrək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
9 oktyabrƏt yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabrİdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12 oktyabrCOVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
25 oktyabrSu qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26 oktyabrTəbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri
7 oktyabr100 yaşdan çox yaşayanların ortaq 5 sirri
Amerikalı rejissor Sem Qrin 10 il ərzində dünyanın ən yaşlı insanları ilə görüşərək onların həyat tərzini araşdırıb. Rejissor yüz ildən çox yaşayan insanların bir-birinə bənzəyən bir sıra xüsusiyyətlərinin olduğunu müəyyən edib. xarici mediaya istinadən xəbər verir ki, Sem Qrin dünyanın ən yaşlı insanlar
4 oktyabrRusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMA
Rusiyada vəba ilə bağlı yayılan məlumatlar fonunda xəstəliyin yayılma yolları və insan sağlamlığı üçün yarada biləcəyi risklər yenidən gündəmə gəlib. Vəba əsasən çirkli su və qida vasitəsilə yayılan, ağır ishal və qusma nəticəsində sürətli susuzlaşmaya səbəb ola bilən infeksiyadır. Ümumdünya Səhiyy
7 oktyabr