Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
Xörək duzu maddələr mübadiləsinin normal gedişində, sinir və əzələ fəaliyyətində, həmçinin orqanizmdə maye balansının qorunmasında mühüm rol oynayır.
Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, yetkin insanların gündəlik minimum duz ehtiyacı təxminən 1,4 qramdır. Tövsiyə olunan gündəlik qəbul miqdarı isə 3,8-6 qram arasında dəyişir.
Buna baxmayaraq, bir çox insan, xüsusilə uşaq və yeniyetmələr normadan artıq duz qəbul edir. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, həddindən artıq duz istehlakı yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri, böyrək problemləri və maddələr mübadiləsinin pozulması riskini artırır.
Mütəxəssislər qeyd edirlər ki, duz yalnız yeməklərə əlavə edilən məhsul deyil, eyni zamanda bir çox hazır qidanın tərkibində də olur. Buna görə də gündəlik qidalanmada duz miqdarına nəzarət etmək sağlamlığın qorunması üçün vacib hesab olunur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mədə şişkinliyinə qarşı bunları edin
Şişkinlik, həzmsizlik və mədə ağrıları qeyri-sağlam qidalanmanın ən mühüm əlamətləridir. Mütəxəssislər şişkinlik və həzmsizlik zamanı bəzi qidaların dərhal istehlak edilməsi lazım olduğunu bildirirlər. Bu qidalar şişkinliyi dərhal aradan qaldırır. Onu istehlak etdiyiniz andan işləyir və həzmi asanlaşdırır
29 avqustHovuz suyunda TƏHLÜKƏ: Uşaqlara necə təsir edir?
Hovuz suyunun dezinfeksiyasında xlor mühüm rol oynasa da, onun səviyyəsinin düzgün tənzimlənməsi vacibdir. Xlorun digər maddələrlə reaksiyası nəticəsində yaranan xloraminlər göz, dəri və tənəffüs yollarında qıcıqlanmaya səbəb ola bilər, xüsusilə qapalı hovuzlarda havalandırma da önəm daşıyır. Bəs, hovu
7 sentyabrÖvladına vitamin verən valideynlərin NƏZƏRİNƏ - XƏBƏRDARLIQ
Uşaqlara vitamin və qida əlavələrinin bir neçə növünü eyni vaxtda vermək onların tərkibində eyni vitamin və mineralların təkrar olmasına və nəticədə gündəlik qəbulun normadan artıqlaşmasına səbəb ola bilər. Xüsusilə A vitamini və dəmir kimi maddələrin yüksək dozada qəbulu sağlamlıq üçün ciddi risklə
9 sentyabrDişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is
6 sentyabr