Qızdırma, baş ağrısı, ürəkbulanma - Son günlər hansı virusa yoluxuruq?
Son günlər əhali arasında qızdırma, boğaz və baş ağrısı, ürəkbulanma kimi əlamətləri olan xəstəlik yayılıb.
Xəstəliyin simptomları eyni olsa da, sağalma müddəti yoluxan şəxslərdə fərqlilik göstərir.
Bəs əhali arasında sürətlə yayılan virus hansıdır?
Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayarkən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev qeyd edib ki, payız mövsümündə respirator infeksiyalar özünü daha çox büruzə verir.
"Respirator infeksiyalara viruslar səbəb olur. Bu viruslara qrip, koronavirus və başqaları aiddir. Sözügedən viruslar özünü qızdırma, yorğunluq, boğaz ağrısı kimi əlamətlərlə göstərir.
Bu əlamətlərə görə xəstəliyi müəyyən etmək mümkün deyil. Çünki bu əlamətlər bütün viruslarda görülə bilər. Yenə də simptomatik müalicə ilkin olaraq kifayət edəcək. Qızdırma və halsızlığın olması hazırda dünyada yayılan meymunçiçəyi virusunda da görünür.
Sadəcə meymunçiçəyi virusunda əsas əlamət bədəndə olan səpkilərdir. Bu respirator virusları meymunçiçəyindən ayıran başlıca əlamətdir. Sadəcə olaraq xəstəliyin ilkin, qızdırmalı dövründə bunu ayırd etmək mümkün deyil. Çünki meymunçiçəyində qızdırma başladıqdan bir neçə gün sonra səpkilər əmələ gəlir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.
Hər bir halda sadalanan əlamətlərə malik şəxslər 2-3 gün sonra həkim müayinəsində olmalıdır. Xəstəliyin fəsadlarının qarşısı vaxtında alınmalıdır", - deyə o bildirib.
Qeyd edək ki, meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. Azərbaycan ərazisində bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur.
Həmçinin, TƏBİB bu günə qədər tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinmədiyini açıqlayıb.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1171 Tarix: 15 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25 oktyabrXərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin
24 oktyabrSu qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26 oktyabrİnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?
Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav
5 oktyabrAlimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19 oktyabrYumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17 oktyabrQara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?
Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy
8 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabr100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə
27 oktyabr